İsveç Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Tomas Nilsson hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti başa çatsa belə, Moskvanın qonşu ölkələr üçün yaratdığı təhlükə davam edəcək.
Turkustan.az xəbər verir ki, Nilsson bu fikirləri “Bloomberg” agentliyinə müsahibəsində səsləndirib.
O bildirib ki, Rusiyanın hazırkı siyasəti müvəqqəti xarakter daşımır: “Biz bu böhranı keçici hesab etmirik. Rusiya öz yolunu seçib və geri dönüş yoxdur. Qarşıda dərin, struktur və uzunmüddətli strateji qarşıdurma var. Bunun öz-özünə aradan qalxacağını gözləmək olmaz”.
Nilssonun sözlərinə görə, təhlükə təkcə Vladimir Putinin hakimiyyəti ilə məhdudlaşmır və onun dövründən sonra da Rusiya qonşu dövlətlər üçün risk mənbəyi olaraq qalacaq.
Xatırladaq ki, bu yaxınlarda Şimali Avropa ölkələrinin ictimai yayım qurumları NATO-nun şərq cinahı yaxınlığında Rusiyanın hərbi mövcudluğunun gücləndiyini əks etdirən peyk görüntülərini yayımlamışdı.
Aytən Yaşar/ Turkustan.az