Qətər: İran və ABŞ Dohada birbaşa danışıqlar aparmayacaq


Qətər Xarici İşlər Nazirliyi İran və ABŞ nümayəndə heyətlərinin Qətərdə birbaşa danışıqlar aparmayacağını açıqladı.

Turkustan.az xəbər verir ki, nazirlik ABŞ tərəfini təmsil edən Vitkoff və Kuşnerin paytaxt Dohaya gəldiyini bildirdi.
İran və ABŞ arasında vasitəçilik edən ölkələrdən biri olan Qətər, iki ölkə arasındakı danışıqlarla bağlı tənqidi açıqlamalar verib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və İran arasında planlaşdırılan yüksək səviyyəli görüşün olmadığını bildirib, lakin ABŞ prezidenti Trampın nümayəndələri Vitkoff və Kuşnerin paytaxt Dohaya gəldiyini təsdiqləyib.

İranın dondurulmuş aktivləri ilə bağlı nazirliyin sözçüsü bildirib ki, "bu günə qədər İranın dondurulmuş 6 milyard dollarlıq vəsaiti İrana köçürülməyib; bu vəsaitlər 2023-cü il Sazişinə tabedir və humanitar yardım təchizatının alınması üçün nəzərdə tutulub".

Qətər həmçinin Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün Omanla koordinasiyalı şəkildə çalışdığını açıqladı və Hörmüzdəki toqquşmaları nəzarətdə saxlamaq üçün birbaşa rabitə xətlərindən istifadə edildiyini bildirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ