Aİ Ukraynaya dronlar üçün 3,9 milyard avro ayırdı


Avropa Komissiyası bu gün Rusiyanın təcavüzünə qarşı mübarizədə əsas vasitə sayılan dronların alınması üçün ayrılmış təxminən 6 milyard avroluq ilk tranşın bir hissəsi olaraq 3,9 milyard avro vəsaitin ödənilməsinə başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, “Ukraynanın ixtiraçılığı Rusiyanın tammiqyaslı işğalına müqavimətdəki uğurun mərkəzindədir. Biz bu ixtiraçılığı dəstəkləmək istəyirik. Bu gün Ukraynanın müdafiəsini gücləndirmək üçün qabaqcıl dron texnologiyalarına 3,9 milyard avroluq ilk tranş ayrılır. Daha çox vəsait nəzərdə tutulub. Bu investisiya Ukraynaya vətəndaşlarını qorumağa, suverenliyini müdafiə etməyə və Avropanın təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Avropa ədalətli və davamlı sülhə nail olunana qədər Ukraynanın yanında olacaq”, – deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ