Ceyhun Bayramov SİRLƏRİ AÇDI – Lavrov müharibə dövründə hansı təklifi irəli sürmüşdü? – VİDEO


“Həmin dövrdən artıq beş il keçib. Yəqin ki, bəzi məqamları açmağın zamanıdır”.

Turkustan.az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.

O, beş il əvvəl Vətən müharibəsi dövründə Rusiya xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi sənədin detallarını açıqlayıb.

“Ayın 9-dan 10-na keçən gecə saat 00.00-da bütün hərbi əməliyyatların dayandırılması, təmas xəttinin şərq istiqamətində Rusiya sülhməramlı qüvvələri ilə Azərbaycan Ordusunun, təmas xəttinin qərb istiqamətində Ermənistan silahlı qüvvələri ilə Rusiya sülhməramlılarının dayanması sənəddə öz əksini tapmışdı”, - deyə Ceyhun Bayramov qeyd edib.

Daha ətraflı videoda:


MANŞET XƏBƏRLƏRİ