Aeroportda taksi dəyişikliyindən sonrakı vəziyyət - VİDEO


Heydər Əliyev Beynəlxalq Aeroportunda bir aydan çoxdur davam edən taksi problemi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə aeroport ərazisində kütləvi şəkildə taksi axtaran, dəqiqələrlə gözləyən müştərilərin videoları da yayılıb.

Turkustan.az bildirir ki, İTV-yə danışan sürücülərin sözlərinə görə, hava limanının ərazisinə daxil olduqları an tətbiqlər üzərindən sifariş almaq imkanı itir. Sistemdə ya texniki xəta baş verir, ya da tətbiq, ümumiyyətlə, fəaliyyət göstərmir.

Onlar qeyd edir ki, hava limanında yalnız seçilmiş şirkətə aid olan taksi xidməti vasitəsilə müştərilərin daşınmasına icazə verilir. Bu isə onların qazancına mənfi təsir göstərir.

Ətraflı

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə xüsusi tələblər müəyyən edilib: “Taksi operatorları ilə qurulmuş xüsusi əməkdaşlıq nəticəsində bu tələblərin tam tətbiq olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq müsbət nəticəsini göstərməkdədir. Bu çərçivədə Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində sərnişinlərə nümunəvi xidmətin təmin olunması məqsədilə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilməsinin vacibliyi taksi operatorlarının diqqətinə bir daha çatdırılıb. Qeyd olunan taksi şirkətləri məsuliyyətlərini qəbul edərək AYNA ilə birlikdə bu istiqamətdə əlavə tədbirlərin icrasına başlayıb”.

/bakupost.az/


MANŞET XƏBƏRLƏRİ