Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Siyəzən şəhərində “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində maarifləndirici tədbir həyata keçirdi.
QHT.az xəbər verir ki, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant proqramı çərçivəsində maliyyələşdirilən “Mənim təhlükəsiz virtual məkanım” layihəsinin icrasına başlanılmışdır. Layihənin əsas məqsədi Quba-Xaçmaz regionunda son vaxtlar geniş yayılan sosial şəbəkələr üzərindən milli maraqlara təhdid yaradan insan alveri cinayəti, məişət zorakılığı, əməyin istismarı, narkotiklərdən istifadə hallarının azaldılmasına nail olmaq və müxtəlif qlobal güclər tərəfindən gənclər arasında təbliğ edilən qeyri ənənvi münasibətlərin qarşının alınmasıdır. Layihə şimal bölgəsinin altı rayonunu; Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonların əhatə edəcəkdir. Layihə çərçivəsində əhali arasında maarifləndirmə işləri aparılacaq və eyni zamnda müvafiq icrahakimiyyəti orqanları, ictimai təşkilatlar və bələdiyylərin iştirakı ilə ictimai dinləmələr təşkil ediləcəkdir. Layihə çərçivəsində regionda ilk tədbir Siyəzən rayon ictiamiyyətinin iştirakı ilə mədəniyyət evində təşkil edilmişdir.
Tədbirdə layihə rəhbəri çıxış edərək qaldırılan problem barəsində iştirakçıları məlumatlandırmışdır. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. Problem üzrə çıxış edən iştirakçılar müəyyən təklif və tövsiyyələr irəli şürmüşdürlər.Tədbirdə 30 nəfər iştirak etmişdir.