Türkçülük təliminin mahiyyəti: siyasi-ideoloji, yoxsa sosial-fəlsəfi cərəyan


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

VI yazı

Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, mütəfəkkir-filosof Məhəmməd Əmin Rə­sul­za­dənin dünyagörüşündə sosial-fəlsəfi ide­yalar bu cür şə­kil­lən­­miş­dir: 1) Türklük, 2) İn­san­lıq, 3) İs­lam­lıq, 4) Azər­bay­can­lıq. Biz­cə, bu­ra­da­kı türk­lük əgər mil­li-mə­həl­li xa­rak­ter da­şı­yar­sa Azər­bay­­can türk­lü­yü, an­caq ümu­mi xa­rak­ter da­şı­yar­sa Türkçülük ki­mi ifa­də olun­ma­lı­dır. Be­lə ol­du­ğu təq­dir­də, fikrimizcə, bu gün Azərbaycan mil­li kon­sep­si­yasının əsas ma­hiy­­yə­ti­ni aşa­ğı­­da­kı dörd­lük təş­kil et­mə­li­dir: 1) Türk­lük (Azər­bay­can türk­lü­yü – milliyyətçilik), 2) Türk­çü­lük (Türk fəl­sə­fə­si, Türk dünyagörüşü, 3) İs­lam­lıq, 4) İn­san­lıq.

Be­lə­lik­lə, biz Türk­lü­yü iki an­lam­da dərk et­mə­li­yik: Bi­rin­ci­si, Türk­lük siyasi anlamda mil­li-mə­həl­li xa­rak­ter da­şı­yır və Azər­bay­can türk­lü­yü­nü – Azərbaycan milliyyətçiliyini özün­də ifa­də edir. Bu hal­da da türk­lük və azər­bay­can­lı­lıq bir-bi­ri­nin ey­ni­li­yi­dir. 1918-ci il­də qu­ru­lan Türk Cüm­hu­riy­yə­ti­nə “Azər­bay­can” adı ve­ri­lər­kən də məhz bu ey­ni­lik­dən çı­xış edil­miş­dir. Doğ­ru­dur, o za­man “Azər­bay­can” sö­zü hər­fi mə­na­da da­ha çox “od­lar yur­du” ki­mi ba­şa dü­şül­müş­dür. An­caq çox ma­raq­lı­dır ki, bu za­man türk­lük­lə üst-üst dü­şən əsas mə­sə­lə ki­mi “ta­ri­xi-çoğ­ra­fi Azər­bay­can”da əsa­sən Oğuz, qis­mən də Qıp­çaq Türk boy­la­rı­nın va­hid mil­lət ki­mi ey­ni di­lə, mə­də­niy­yə­tə, ədə­biy­ya­ta, adət-ənə­nə­lə­rə, ta­ri­xə, fəl­sə­fə­yə sa­hib ol­ma­sı mü­hüm rol oy­na­mış­dır. Bu ba­xım­dan “Azər­bay­can” an­la­yı­şı­­nın fars­ca “od­lar yur­du” ki­mi uy­du­rul­muş iza­hı be­lə, heç bir mə­na kəsb et­mə­miş­dir və bu gün də et­mir. Çün­ki “Azər­bay­can Cüm­hu­riy­­yə­ti” adıy­la ya­na­şı or­ta­ya çı­xan Oğu­zus­tan, Xə­zə­ris­tan ad­la­rı da əs­lin­də bir-bi­ri­nin ey­nidir. Belə olduğu təqdirdə “Azər­bay­can” sözü hər­fi mə­na­da da “od­lar yur­du” de­yil, elə Oğuz­lar öl­kə­si, Xə­zər­lər öl­kə­si, Türk­lər öl­kə­si de­mək­dir.[1]

İkin­ci­si, Türk, Türk­lük sosial-fəlsəfi an­lam­da ümum türk­lü­yü (Türk fəl­sə­fə­si­ni, Türk dün­ya­gö­rü­şü­nü) ifa­də edir və Türk xalq­la­rı­nın or­taq ta­ri­xə, fəl­sə­fə­yə, ədə­biy­ya­ta, dün­ya­gö­rü­şə sa­hib­lən­mə­si­nəəsas­la­nır. Bu hal­da isə Türk­lük Azər­bay­can türk­lü­yü (azər­bay­can­lı­lıq) ilə ya­na­şı di­gər mil­li-mə­həl­li Türk ide­ya­la­rı­nı (Tür­ki­yə türk­lü­yü, Qa­za­xıs­tan türk­lü­yü, Ta­ta­rıs­tan türk­lü­yü, Uy­ğu­rus­tan türk­lü­yü, Krım türk­lü­yü, Öz­bə­kis­tan türk­lü­yü, Baş­qır­dıs­tan türk­lü­yü və b.) özün­də ifa­də edir. Bu priz­ma­­dan ya­naş­saq, Türk­ dün­ya­gö­rü­şü­nün, Türk fəl­sə­fə­si­nin son əsr­də yal­nız Tür­ki­yə türk­lə­ri­nin bo­yun­­u­na bi­çil­mə­si, bu­na uy­ğun ola­raq da Türk mə­də­niy­yə­ti, Türk di­li, Türk fəl­sə­fə­si, Türk ta­ri­xi de­dik­də, an­caq Tür­ki­yə türk­lü­yü­nü ba­şa düş­mək yan­lış­dır. Tür­ki­yə türk­lü­yü də mil­li-mə­həl­li türk­lük ide­ya­la­rın­dan bi­ri olub, ümum türk­lü­yün sa­də­cə bir par­ça­sı­dır. Yə­ni Tür­ki­yə türk­lü­yü di­gər mil­li-mə­həl­li türk­lük ide­ya­la­rın­dan (Azər­bay­­can türk­lü­yü, Qır­ğı­zıs­tan türk­lü­yü, Uy­ğu­rus­tan türk­lü­yü, Ta­ta­rıs­tan türk­lü­yü, Baş­qır­dıs­tan türk­lü­yü, Krım türk­lü­yü və b.) bi­ri olub, sa­də­cə son əsr­də, xü­su­si­lə Mustafa Kamal Ata­tür­kün sa­yə­sin­də öz müs­tə­qil­li­yi­ni qo­ru­yub sax­la­ma­sı və türk­lü­yün ümid yeri ki­mi möv­cud­lu­ğu­na gö­rə ön pla­na çıx­mış­dır. Atatürk “Türk milləti” dedikdə, Türk dünyagörüşünə, Türk əxlaqına sahib olanları nəzərdə tuturdu. Yəni buradakı “Türk milləti” qavramı yalnız gen-qan, soy, dil birliyinə görə deyil, ümumilikdəəxlaqı, inancı, dünyagörüşü bir olanlara aid idi.

Ümu­miy­yət­lə, burada Türk­lü­yü və Türk­çü­lü­yü də bir-bi­rin­dən fərq­lən­­dir­mək la­zım­dır. Türk­lük da­ha çox sa­də­cə şəx­si kim­li­yi­ni, da­nış­dı­ğı di­li, ta­pın­­dı­ğı adət-ənə­nə­­lə­ri Türk ola­raq qə­bul edib bu­nun­la ki­fa­yət­­lən­mək­dir­sə (Türk kim­li­yi, Türk milliyyəti), Türk­çü­lük mil­lət­də mil­li ruh, mi­li dü­şün­cə, mil­li özü­nü­dərk uğ­run­da mü­ba­ri­zə apar­maq, bir söz­lə onu ye­ni­dən bir tə­lim, sis­tem­li məf­ku­rə (Türk fəl­sə­fə­si, Türk dün­ya­gö­rü­şü) ha­lı­na gə­tir­mək­dir. Bu­nu, vax­ti­lə M.Ə.Rə­sul­za­də be­lə ifa­də et­miş­di: “Türk­lük­lə türk­çü­lük ara­sın­da bö­yük fərq var­dır. O fərq nə­di­r? …Mil­lət­də mil­li ruh, mil­li dü­şün­cə, mil­li özü­­nü­­ta­nı­ma, mil­li şəx­siy­yət la­zım­dır. Biz mil­lə­tə bu­nu ver­mə­yə ça­lı­şı­rız” (Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), 1998, 260). Rə­sul­za­də­nin ifa­də et­di­yi Türk­çü­lük bir­mə­na­lı ola­raq Türk fəl­sə­fə­si, Türk dün­ya­gö­rü­şü idi.

Be­lə­lik­lə, bu­ra­da ifa­də et­mək is­tə­di­yi­miz əsas mə­sə­lə odur ki, Türklüyün və Türkçülüyün tə­məl prinsiplərini doğ­ru-dü­rüst mə­nim­sə­­mə­­dik­cə, dai­ma prob­lem­lər için­də ya­şa­ma­lı ola­ca­ğıq. Baş­qa söz­lə, Osmanlı dönəmində türklərin “osmanlı”, çar Ru­si­­ya­sı döv­rün­də Azər­bay­can türk­lə­ri­nin nə­dən “ta­tar”, So­vet Ru­si­ya­­sı döv­rün­də “azər­bay­can­lı”, Pəh­lə­vi­lərlə İran-Mol­la re­ji­mlərin­də “iran­lı” və bu­na uy­ğun ola­raq di­li­nin də “osmanlı”, “ta­tar di­li”, “Azər­bay­can di­li”, “azə­ri di­li” ad­lan­dı­rıl­ma­sı­nın əsil ma­hiy­­yə­ti­ni or­ta­ya qoy­ma­dan Türklükdən, Türk fəl­sə­fəsin­dən da­nış­maq mə­na­sız­dır.

Bu ba­xım­dan bu­gün­kü Azər­bay­can Res­pub­li­ka­sın­da di­li­mi­zin adı­nın Azər­bay­can di­li de­yil, Türk di­li ad­lan­dı­rıl­ma­sı, si­ya­si an­lam­da azər­bay­can­lı ol­maq­la ya­na­şı Türklüyümüzün ifa­də edil­mə­si tə­ləb­lə­ri­nin irə­li sü­rül­mə­si­nin mil­liy­yət­çi­lik, ya da mil­lət­çi­lik­lə aşa­ğı-yu­xa­rı heç bir əla­qə­si yox­dur. Bu müddəamız Türkiyədə “Türk milləti” qavramı yerinə “Türkiyə milləti” kəliməsini ortaya adanların tezislərinə də cavabdır. “Türk”, “Türk milləti” qavramlarından müxtəlif bəhanələrlə imtina edərək, onun yerinə yalnız “Türkiyə milləti”, “Azərbaycan milləti”, “Qazaxıstan milləti”, “Özbəkistan milləti” anlayışlarından istifadə etmək doğru deyil.

Biz Türk xalqları, ilk növ­bə­də Türk dün­ya­gö­rü­şü­nə, Türk ta­ri­xi­nə, Türk fəl­sə­fə­si­nə, Türk ədə­biy­ya­tı­na, Türk döv­lət­çi­­li­yi­nə doğru-dürüst sahib çıxmalıyıq. Çün­ki döv­lə­lərti­mi­zin adı ilə (Azər­bay­can, Türkiyə, Qazaxıstan, Özbəkistan və b.) di­li­mi­zi, ədə­biy­ya­tı­mı­zı, ta­ri­xi­mi­zi, döv­lət­çi­li­yi­mi­zi məh­dud­laş­dır­maq­la əs­lin­də özü­müz öz əli­miz­lə düş­mən­lə­ri­mi­zəəsas­lı bə­ha­nə­lər ver­miş olu­ruq. Hər hal­da döv­lə­tin adı ilə bağ­lı olan an­la­yış­lar­la bir mil­lə­ti, onun di­li­ni, ədə­biy­ya­tı­nı, fəlsəfəsini an­caq mü­əy­yən bir çər­çi­və­də ifa­də et­mək müm­kün­dür­sə, an­caq hər han­sı bir ide­ya, dün­ya­gö­rüş əsa­sın­da isə onun sər­həd­lə­ri da­ha da ge­niş­lə­nir.

Məsələn, bu an­lam­da “Azər­bay­can” ide­ya­sı da­ha çox ta­ri­xi-coğ­ra­fi Azər­bay­ca­nı, hə­min ta­ri­xi-coğ­ra­fi Azər­bay­can­da ya­şa­yan Türk, qey­ri-Türk bü­tün et­nos­la­rı va­hid mə­də­niy­yət, döv­lət­çi­lik ça­tı­sı al­tın­da bü­tün­ləş­dir­di­yi hal­da, an­caq onu Türk dün­ya­gö­rü­şün­­dən, Türk döv­lət­çi­lik, Türk fəlsəfəsindən, Türk adət-ənə­nə­lə­rin­­dən uzaq tut­maq əsas nü­və­dən məh­rum et­mək de­mək­dir. Bir şey unut­maq ol­maz ki, 100 il ön­cə “Azər­bay­can” ide­ya­sı­nı or­ta­ya atıb onu bir Türk döv­lə­ti­nin rəs­mi adı ha­lı­na gə­ti­rən­lər üçün baş­lı­ca qa­yə Azər­bay­can türk­lə­ri­ni, o cüm­lə­dən də di­gər et­nos­la­rı va­hid bir ça­tı (mə­də­ni, dil, adət-ənə­nə, iq­ti­sa­di, ta­ri­xi və s.) al­tın­da tut­maq ol­muş­dur. An­caq bü­tün hal­lar­da ilk də­fə si­ya­si məf­ku­rə ki­mi or­ta­ya atı­lan “Azər­bay­can” ide­ya­sı­nın da əsas ca­nı, qa­nı, ru­hu bir söz­lə, hər şe­yi Türk dün­ya­gö­rü­şü, Türk­lük/Tu­ran­çı­lıq fəl­sə­fə­si idi. Bu qə­tiy­yən də­yi­şə bil­məz, də­yiş­mə­mə­li­dir də.

Türk dün­ya­gö­rü­şü­nə əsas­lan­ma­yan, yə­ni mil­li nü­və­si Türk­lük­dən uzaq tu­tu­lan “Azər­bay­can”, “Türkiyə”, “Özbəkistan”, “Qazaxıstan” və digər ide­yalar o de­mək­dir ki, onların ən yax­şı hal­da var­lı­ğı təq­ri­bən 100 il ci­va­rın­da­dır. On­suz da, bu­nu Türklük əleyhdarları hər für­sət­də di­lə gə­ti­rir­lər, ya­zır­lar. Be­lə ol­du­ğu təq­dir­də, di­li­mi­zin Türk di­li, ədə­biy­ya­tı­mı­zın Türk ədə­biy­ya­tı, fəl­sə­fi fik­ri­mi­zin Türk fəl­sə­fi fi­kir ta­ri­xi ad­lan­dı­rıl­ma­sı­nın qə­ti əley­hi­nə olub ye­ri gəl­di gəl­mə­di, an­la­mı ol­du, ya da ol­ma­dı hər şe­yi yal­nız “Azər­bay­can”, “Türkiyə”, “Özbəkistan”, “Qazaxıstan” və digər an­la­yış­lar çə­çi­və­sin­də gör­mək doğ­ru de­yil­dir.

Qeyd edək ki, Türkçülüyün sosial-fəlsəfi xarakter daşıımasını M.Ə.Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərində böyük Azərbaycan Türk mütəfəkkiri, filosof Nizami Gəncəvinin nümunəsində çox dəqiq izah etmişdir. N.Gəncəvinin dünyagörüşündə türklük və insanlıq bir birini daim tamamlamış, onun fəlsəfəsində Türklük, Türkçülük İnsanlıq fəlsəfəsinin sinonimi kimi ifadə olunmuşdur. Bu baxımdan hesab etmək olar ki, N.Gəncəvinin dünyagörüşünün Türklük və İnsanlıq əsasında ob­yek­tiv, elmi prinsiplərə əsaslanan şərhi, təfsiri ilk dəfə Məhəm­məd Əmin ­sul­zadə tərəfindən verilmişdi. Rəsulzadə N.Gən­cəvinin Türk fəlsəfi düşün­­sinə, Türk mədəniyyətinə və insanlıq fəlsəfəsinə bağlılığını vaxtında ­­rək, bütün bunlarıAzərbaycan şairi Nizami” əsərində dolğun şəkildə əks etdirə bilmişdi.

Nizami Gəncəvi demək olar ki, bütün əsərlərində dünyada müdriklik, əxlaqlılıq, nəciblik, alicənablıq, igidlik, pa­klıq bu kimi digər xüsusiyyətləri Türklüyə aid hesab etmişdir. Filosof-şairSirlər xəzinəsi”ndə dəfə­lər­ Türk düşüncəsinə, Türk etiqadlarına müraciət etmişdi:

Türkə bənzər yasəmən çöldə qurub çadır,

Çadırın aypa­ra­ Sürəyyaya nur saçır.[2]

Burada o, yasaməni qıpçaqlarda (əngin çöllərdə) yurd salmış türklərin aypara şəkilli döyüşçü çadırına oxşadır bu çadır guya, o qədər əzəmətlidir ki, Surəyya ulduzunadək ucalıb ona şölə verir. Nizami daha sonra yazır:

Lalənin bağrı qaraərəb yavrusu kimi,

Türk yasəmən Yəməndə Süheyl ulduzu kimi![3]

“Türk yasəmən” ifadəsi Nizaminin ənənəvi məcaz­la­­rındandır türkün qədim dövrlərdən əbədi bahar, ­­lik, paklıq rəmzi olduğuna işarədir. M.Ə.Rəsulzadəyazır ki, Nizami Gəncəvi “Türk” dedikdə­zəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, həmçinin bilici, ər, rəhbər başçı nəzərdə tutur; “türklük” dedikdəvəfanı, düzgünlüyü istədiyinə qovuşmağı nəzərdə tutur.[4]

[1] Türkel, Y. Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları. Bakı, Təknur, 2010, s.27, 62

[2] Gəncəvi, Nizami. Sirlər xəzinəsi. Bakı: Lider nəşr., 2004, s.74

[3] Gəncəvi, Nizami. Sirlər xəzinəsi. Bakı: Lider nəşr., 2004, s.74

[4] Rəsulzadə, M. Ə. Azərbaycan şairi Nizami. Bakı, Çıraq, 2008, s.169


MANŞET XƏBƏRLƏRİ