Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir həmyerlimiz itkin düşüb.
Turkustan.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.
O bildirib ki, 1994-cü il təvəllüdlü Ağcabədi sakini Yusif Hacıyev Ukraynanın Kupyansk şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Y.Hacıyev Rusiya ordusunun sıralarından müharibəyə qoşulub.

/bakivaxti.az/