Fətəli Xan Xoylunun həyatı və ictimai-siyasi fəaliyyəti


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

1875-ci ildə Nu­xa­da (Şə­ki) ana­dan ol­an Fə­tə­li Xan Xoy­lunun (1875-1920)nəsli əslən Güney Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu bir çox müharibələrin iştirakçısı olmuş və həmçinin atası da İsgəndər xan Xoyski Çar Rusiya imperiyasında qvardiya alayında general-leytenant hərbi rütbəsində xidmət etmişdir.

Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O, ali təhsilli, ziyalı, dəyərli bir insan olmaqla yanaşı, həm də siyasi xadim, Azərbaycan dövlətinin müstəqilliyinin yaradıcılarından biri və onun ilk Baş naziri olmuşdur. Müəllifi olduğum “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı 3 cildlik kitablarımın II cildinin birinci bölümündə Fətəli Xan Xoyludan da bəhs edilmişdir.

1907-ci ildə II Döv­lət du­ma­sı­na de­pu­ta­tı seçilmiş, Ka­det­lərə rəğ­bət gös­tər­­miş­dir. Fə­tə­li Xan Döv­lət Du­ma­sı­nın ic­las­la­rın­da “Mü­səl­man frak­­si­ya­sı” adın­dan çı­xış edə­rək çar Ru­si­ya­sı­nın əsa­rə­ti al­tın­da ya­şa­­yan mü­səl­man­la­rın və türk­lə­rin mil­li haqq-hü­quq­la­rı­nı mü­da­fiə et­miş, müt­lə­qiy­yə­tin im­pe­ri­ya əra­zi­sin­də yü­rüt­dü­yü mür­tə­ce ha­kim mil­lət­­çi­lik, elə­cə də mil­li-di­ni ay­rı-seç­ki­lik si­ya­sə­ti­nə qar­şı çıx­mış­­dır. Ru­si­ya­da mil­li-di­ni ay­rı-seç­ki­li­yə gö­rə və­tən­daş­la­rın si­ya­si və mül­ki hü­quq­la­rı­nı məh­dud­laş­dı­ran qa­nun­la­rın ləğ­vi­nə da­ir Döv­lət Du­ma­sı­na təq­dim edil­miş qa­nun la­yi­hə­si­ni im­za­la­yan 173 de­pu­tat­dan bi­ri də F. X. Xoy­lu ol­muş­dur.[1]

Fətəli Xan Xoylu 1908-ci ildən 1917-ci ilin əvvəllərinə kimi əvvəllcə Gəncə, sonra isə Bakı dairə məhkəmələrində müvəkkil və hüquq məsləhətçisi işləsə də, siyasi xadim kimi fəaliyyətini dayandırmayıb və xalq arasında böyük nüfuz qazanmışdır.

O, II Rusiya inqilabından (1917) sonra Zaqafqaziya Komissarlığı (1917-1918) nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının (1918) ədliyyə naziri olmuşdur. F.X.Xoylu Cümhuriyyət dövründə üç dəfə baş nazir, bundan başqa ədliyyə və xarici işlər naziri vəzifələrində çalışmışdır.

Azər­bay­ca­nın is­tiq­la­lı ma­yın 30-da dün­ya döv­lət­lə­ri­nə bə­yan edil­dik­dən son­ra Cüm­hu­riy­yə­tin ilk hö­ku­mə­ti­ni təş­kil et­mək Fə­tə­li Xan Xoyluya tap­şı­rıl­dı. Cüm­hu­riy­yə­tin döv­lət qu­ru­lu­şu par­la­ment­li res­pub­li­ka idi. Mü­vəq­qə­ti hö­ku­mət ilk gün­dən öz proq­ra­mın­da elan et­miş­dir ki, hö­ku­mət baş­lı­ca ola­raq iş­çi və kənd­li ki­mi əkin­çi in­san­la­ra is­ti­nad et­mə­li və Azər­bay­can azad­lıq öl­kə­si ol­ma­lı­dır. “Bu­ra­da bir si­nif di­gər sin­fə ha­kim de­yil­di. İn­san nə va­rı­na gö­rə haq­lı, nə də yox­sul­lu­ğu­na gö­rə haq­sız gö­rü­nür­dü”.[2]

1918-ci ilin iyu­nun 17-də F.Xoylunun baş­çı­lı­ğı ilə Gən­cə­də ya­ra­nan 2. hö­ku­mət iyun­da mil­li döv­lət bay­ra­ğı (24 iyun), mil­li or­du­nun ya­ran­ma­sı (26 iyun),Türk di­li­nin döv­lət di­li ol­ma­sı (27 iyun) kimi ümum­mil­li mə­sə­lə­lər­lə bağ­lı mü­hüm qə­rar­lar qə­bul et­di.

Fə­tə­li Xan Cüm­hu­riy­yət döv­rün­də baş na­zir ki­mi ye­ni ya­ra­nan döv­lə­tin əsas prob­lem­lə­ri­ni par­la­ment­də ifa­də et­miş­dir. O de­yir­di ki, mil­li döv­lət tə­şək­kül ta­pa­na qə­dər, bir kənd­dən o bi­ri kən­də get­mək qor­xu­lu imiş, heç kə­sin ir­zi, na­mu­su, ca­nı, ma­li əm­niy­yət­də de­yil­miş.[3] Üs­tə­lik, Mil­li Şu­ra bir tə­rəf­dən Qu­zey Azər­bay­­ca­nın şərq his­sə­sin­də S.Şa­um­ya­nın baş­çı­lıq et­di­yi bol­şe­vik-daş­nak­la­ra, di­gər tə­rəf­dən Azər­bay­­ca­nın qərb his­sə­sin­də İrə­van, Nax­çı­van, Göy­çə, Zən­gə­zur, Də­rə­lə­yəz­də iş­ğal­çı­lıq­la məş­ğul olan er­mə­ni And­ra­ni­kin qul­dur qüv­və­lə­ri­nə qar­şı mü­ba­ri­zə apar­ma­lı idi. Bu ba­xım­dan ye­ga­nə ümid yer­lə­ri­nin Tür­ki­yə ol­du­ğu­nu eti­raf edən Xoy­lu de­yir­di: “Da­xi­li iş­lər böy­lə ikən Azər­bay­can is­tiq­la­lı elan edil­miş­sə də, heç bir hö­ku­mət tə­rə­fin­dən təs­diq edil­mə­miş­di. O za­man bü­tün Azər­bay­can tə­rə­fin­dən se­çil­miş Mil­li Şu­ra bu hö­ku­mə­ti tə­yin edib ida­rə iş­lə­ri­ni ona tap­şır­dı. Mə­ni rə­is se­çə­rək ida­rə­yə baş­la­dıq. Tür­ki­yə ilə sülh əh­di­na­mə­si tez­lik­lə bağ­lan­dı. Bu­nun­la bə­ra­bər hö­ku­mət qa­nun və qay­da ba­rə­sin­də aciz idi. Zi­ra heç bir təd­bir qüv­və­miz və si­la­hı­mız yox idi. Aş­kar hö­ku­mət təş­kil et­mə­yə məc­bur idik, la­kin bu­nu da edə bil­məz­dik. Ona gö­rə bir qüv­və­yə lü­zum gö­rür­dük, sülh mü­za­ki­rə­si vax­tı türk­lər­dən bir qə­dər əs­kər al­maq il­ti­zam edil­di… Bu tək­lif ilə baş­qa­sı­na mü­ra­ci­ət et­mək müm­kün de­yil idi. İs­tə­sək də bir fay­da ol­maz idi. Tür­ki­yə həm din­da­şı­mız, həm də mil­lət­da­şı­mız idi”.[4] Bu ba­xım­dan, bir çox mə­sə­lə­lə­rə, o cüm­lə­dən İrə­va­nın er­mə­ni­lə­rə gü­zəşt edil­mə­si­nə gö­rə Mil­li Şu­ra­nı, Mil­li hö­ku­mə­ti tən­qid edən­lə­rə ca­vab ola­raq Xoy­lu par­la­ment kür­sü­sün­dən de­yir­di ki, bu xü­sus­da çox söz­lər ola bi­lər: “Fə­qət vax­ta ba­xıb tə­rə­zi­yə qo­yul­ma­lı­dır ki, bu iş­lə­ri han­sı hö­ku­mət və nə vaxt et­miş­di­r? Ta­ri­xi, sa­bi­qə­si, əs­kər və xə­zi­nə­si olan hö­­ku­­mət­­mi­­? Yox­sa iki gün­də təş­kil olun­muş pul­suz və əs­kər­siz hö­­ku­­mət­­mi­­?”.[5] Bu mə­sə­lə də o da nə­zə­rə alın­ma­lı­dır ki, Mil­li Şu­ra İrə­van qə­za­sı­nı (9 min kv.) er­mə­ni­lə­rin Nax­çı­van, Qa­ra­bağ və di­gər əra­zi­lə­ri­miz­dən id­dia­la­rın­dan əl çək­mə­si, mü­ha­ri­bə­ni da­yan­dır­ma­sı və gələcəkdə konfederasiyanın bərpa olunması anlamında gü­zəş­tə get­miş­dir.

1918-ci il de­kab­rın 7-də Azər­bay­can par­la­men­ti­nin tə­sis ic­las­­ın­da da Xoy­lu­nun çı­xı­şı­nın əsas məz­mu­nu o idi ki, Azər­bay­can xal­qı ar­tıq mil­li bay­ra­ğı, mil­li or­du­su, mil­li di­li, mil­li de­mok­ra­ti­ya­sı olan müs­tə­qil bir döv­lət­dir: “Qüv­və­miz qə­dər və­zi­fə­mi­zi ifa et­dik. Hə­lə çox şey edə bil­mə­mi­şik, am­ma bu­nu cü­rət­lə de­yə bi­lə­rəm ki, hö­ku­mə­tin nöq­san­la­rı ilə bə­ra­bər yol gös­tə­rən işıq­lı ul­du­zu bu şü­ar ol­muş­dur: Mil­lə­tin Hü­qu­qu, İs­tiq­la­lı, Hür­riy­yə­ti”.[6] Xoy­lu par­la­ment­də­ki çı­xış­la­rın­da Azər­bay­can­da mil­li-di­ni ay­rı-seç­ki­li­yin ol­ma­ma­sı­nı da də­fə­lər­lə bə­yan et­miş­dir. O de­yir­di ki, Azər­bay­can­da­kı Türk mil­lə­ti heç bir za­man bu Və­tə­ni öz­lə­ri­nə tək öv­lad ki­mi gör­mə­yib­lər. Bu ba­xım­dan Azər­bay­can Cüm­hu­riy­yə­ti türk, qey­ri-türk bü­tün et­nik­lər, et­nos­lar üçün Və­tən­dir və Mil­li İs­tiq­la­lı hər bir kəs qo­ru­ma­lı­dır. O, de­yir­di:“Hö­ku­mə­tin qa­ba­ğın­da mü­hüm bir mə­sə­lə var isə də, o da is­tiq­la­liy­yət mə­sə­lə­si­dir. Bi­zim bi­rin­ci mə­sə­lə­miz bu­dur. Bu­na diq­qət edə­cə­yiz. Siz­lər­də bu­ra­ya hər bir yer­dən gəl­miş ol­du­ğu­nuz onu gös­tə­rir ki, bu is­tiq­la­liy­yət tək adam­la­rın de­di­yi ol­ma­yıb, bü­tün mil­lə­tin xa­hi­şi­dir. Bir yer­də mil­lə­tin xa­hi­şi ol­sa və o yer­də ça­lış­sa, o mil­lət azad ol­sa öz məq­sə­di­nə ça­ta­caq­dır”.[7]

F.X.Xoy­lu 1920-ci il yan­va­rın 11-də Azər­bay­can Cüm­hu­riy­yə­ti­ni Pa­ris sülh konf­ran­sı­nın iş­ti­rak­çı döv­lət­lə­ri­nin (Fran­sa, İn­gil­tə­rə, ABŞ və b.) ta­nı­ma­sı­nı bö­yük se­vinc­lə qar­şı­la­mış və bu­nun­la bağ­lı par­la­­ment­­də­ki çı­xı­şın­da de­miş­dir: “Bu yal­nız bi­zim üçün de­yil, ümum Türk mil­lə­ti və Türk alə­mi üçün bö­yük bir bay­ram­dır”.[8]

27 ap­rel iş­ğa­lın­dan son­ra Tif­li­sə ge­dən F.X.Xoy­­lu 1920-ci ilin iyu­nun 19-da er­mə­ni ter­ror­çu­la­rı tə­rə­fin­dən şə­hid edil­miş­dir.

[1] Səfərov Rafiq. Fətəli Xan Xoyski. “Şərq” qəzeti. 2017.- 23 noyabr. - № 214.-s.7

[2]Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, s.40

[3] Fətəli X.Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar), Bakı, “Azərbaycan”, 1998, s.112

[4] Yenə orada, s.113

[5] Yenə orada, s.113

[6] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqraifk hesabatlar). İki cilddə, I cild. Bakı, “Azərbaycan”nəşriyyatı, 1998, s.38

[7] Fətəli x.Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar), Bakı, “Azərbaycan”, 1998, s.129

[8] Yenə orada, s.140


MANŞET XƏBƏRLƏRİ