ABŞ administrasiyasının bəzi rəsmiləri hərbi hücumun İranı nüvə zənginləşdirmə proqramından imtina etməyə məcbur edə biləcəyinə inanır, digərləri isə şübhə ilə yanaşır.
Turkustan.az xəbər verir ki, “New York Times” qəzetinin ABŞ rəsmilərinə və ekspertlərinə istinadən verdiyi məlumata görə, İranın nüvə və raket obyektlərinə potensial hücumun “dəqiq nəyə” nail olacağı məlum deyil.
Hesabatda bildirilirdi ki, razılığa gəlmək istəyinə şübhə edən rəsmilər "hədəfli hücum strategiyasının İran liderlərini güzəştə getməyə məcbur etmək məqsədi daşıya biləcəyinə" inanırlar.
Aytən Yaşar/ Turkustan.az