Kim Çen: ABŞ düşmən siyasətdən əl çəksə, münasibətlər düzələr


Şimali Koreya lideri Kim Çen In bildirib ki, əgər ABŞ onun ölkəsinə qarşı düşmənçilik siyasətindən əl çəkərsə və nüvə statusuna hörmət edərsə, onunla yaxşı yola getməmək üçün heç bir səbəb yoxdur.

Turkustan.az xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, lider Kim Çen In Koreya İşçi Partiyasının 9-cu qurultayında çıxışında ABŞ-Şimali Koreya münasibətlərini qiymətləndirib.

Kim bildirib ki, ABŞ Şimali Koreya konstitusiyasında nəzərdə tutulan mövcud nüvə statusuna hörmətlə yanaşsa və Pxenyana qarşı "düşmən siyasətini" ləğv etsə, onunla yaxşı yola getməməsi üçün heç bir səbəb yoxdur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ