Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski münaqişədə həlak olan 1000 əsgərin qalıqlarını Ukraynaya təhvil verdiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Medinski sosial media hesabında verdiyi açıqlamada Rusiya ilə Ukrayna arasındakı münaqişədə həlak olan əsgərlərin cəsədlərinin dəyişdirildiyini açıqlayıb.
Medinski bildirib ki, "1000 əsgərin cəsədi Ukraynaya təhvil verilib, 35 əsgərin cəsədi isə Rusiyaya qaytarılıb".
Ukrayna Hərbi Əsirlərin Müalicəsi üzrə Koordinasiya Mərkəzi də 1000 əsgərin qalıqlarını aldıqlarını və onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərin görüləcəyini açıqlayıb.
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların birinci və ikinci raundları müvafiq olaraq 23-24 yanvar və 4-5 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilib. Danışıqların üçüncü raundu isə 17-18 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində baş tutub.
Aytən Yaşar/ Turkustan.az