Çində hərbi qiyam: Ordu və polis arasında döyüş...


Çin Xalq Azadlıq Ordusnun yüksək rütbəli generalı Çjan Yuksiya və digər yüksək rütbəli komandir, general Liu Çjenli ilə bağlı həftəsonu başlayan istintaq elita daxilində hakimiyyət uğrunda mübarizəyə səbəb olub.

Turkustan.az xarici mətbuata istinadla xəbər verir ki, yanvarın 27-də axşam saatlarında Çində dövlət çevrilişinə cəhd edilib.

Ordunun paytaxt Pekinə yeridildiyi və Çin Xalq Respublikasının Sədri Si Cinpinə sui-qəsd cəhdlərinin olması barədə məlumatlar yayılıb. Ordu və polis arasında qarşıdurmanın yarandığı bildirilir.

Nəticədə, Çinin müdafiə qabiliyyəti ilə bağlı ciddi problemlər yaranıb. Qiyama Si Cinpinin orduda son islahatları və nüfuzlu generalları vəzifədən çıxartmasının səbəb olduğu deyilir.

Qeyd edək ki, Çində yüksək rütbəli generalların vəzifədən çıxarılması orduda görünməmiş bir liderlik boşluğu yaradıb.

Hesab edilir ki, ölkənin hərbi gücü Prezident Si Cinpinin əlində cəmləşə bilər.

Çin Xalq Azadlıq Ordusunun yuxarı eşelonunda ötən həftəsonu keçirilən genişmiqyaslı təmizləmələr Prezidentə qarşı ciddi etirazlar yaradıb.

Ölkənin ən yüksək vəzifəli generallarından biri olan Çjan Yuksiyanın və digər yüksək vəzifəli şəxs olan Liu Cenlinin vəzifədən çıxarılması hakimiyyət uğrunda silahlı mübarizəyə təkan verən amil olub.

75 yaşlı Çjan Çin lideri Si Cinpinin rəhbərlik etdiyi və silahlı qüvvələrə nəzarət edən Mərkəzi Hərbi Komissiyanın sədr müavini idi. Adətən yeddi nəfərdən ibarət olan komissiyada “korrupsiyaya qarşı” son tədbirlər dalğasından sonra yalnız Prezident Si Cinpin və general Çjan Şenqmin vəzifələrində qalıb.

Bütün digər üzvlər araşdırmalar nəticəsində vəzifələrindən kənarlaşdırılıblar. Komissiya milyonlarla hərbi qulluqçuya nəzarət etməkdən məsuldur. Bu hadisədən sonra silahlı qüvvələrin idarə edilməsində ciddi boşluq yaranıb.

Silahlı qüvvələrin idarəçiliyi yalnız Prezident Si Cinpin və general Şenqminin əlində cəmləşib.

Təsdiqlənməmiş məlumatlara görə, Prezident Si Cinpin generalları Çinin nüvə silahları ilə bağlı sirləri ABŞ-a ötürməkdə və dövlət çevrilişi hazırlamaqda ittiham edib.

Qeyd edək ki, genral Çjanqın atası inqilabi mübarizədə Prezident Sinin atası ilə birlikdə iştirak edib.

Çjanq Siyə yaxınlığı ilə tanınırdı və orduda döyüş təcrübəsi olan nadir yüksək rütbəli komandirlərdən biri hesab olunur. Ona görə də Çjanq Yuksiyanın vəzifədən uzaqlaşdırılması hərbi baxımdan da əhəmiyyətli bir itki hesab edilir.

Generalların qiyam cəhdi Çin Kommunist Partiyası daxilində mövcud olan fikir ayrılığını və hakimiyyət uğrunda elitadaxili mübarizəni gücləndirə bilər. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ