Çinli pilotlara təlim keçən ABŞ pilotu saxlanıldı


ABŞ-da keçmiş hərbi pilot Gerald Eddie Brown Jr. Çin hərbi pilotlarına icazəsiz təlim keçmək ittihamı ilə saxlanılıb.

Turkustan.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, 65 yaşlı Braun 2023-cü ildə Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin (ÇXAO) pilotlarına "icazəsiz təlim və təlim vermək üçün sui-qəsd"də ittiham olunur.

ABŞ Dövlət Departamentinin Müdafiə Ticarətinə Nəzarət Direktorundan xarici hərbi qüvvələrə təlim keçmək üçün lazımi lisenziyanı almadığı iddia edilən Braun İndiana ştatında saxlanılıb.

Braunun bu gün İndiana ştatının Cənub Dairəsi Federal Məhkəməsində hakim qarşısına çıxması gözlənilir.

ABŞ Ədliyyə Nazirliyinin Daxili Təhlükəsizlik üzrə Baş Prokurorunun köməkçisi Con A. Eyzenberq xarici hərbçilərə, istər hərbi, istərsə də mülki olsun, təlim keçən ABŞ vətəndaşlarının lisenziyalaşdırmaya tabe olduğunu vurğulayaraq bildirib ki, "Milli təhlükəsizlik üstünlüklərimizi qorumaq üçün bütün vasitələrdən istifadə edəcəyik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ