Təsəvvür edirsinizmi, Azərbaycanla sərhəd açılacaq, ticarət olacaq? - Paşinyan


“Azərbaycan və Ermənistan bərqərar olan sülhü qoruyub saxlamaqda qərarlıdır”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bildirib ki, Ermənistan üçün yeni iqtisadi imkanlar yaranır, Azərbaycanla əldə olunan sülh ölkə üçün tamamilə yeni şərait yaradır:

“Dəmir yolu və sərhədlərin açılacağını, bütün qonşularla ticarət olacağını təsəvvür edə bilirdinizmi? Bunlar bizim üçün də tamamilə yeni amillərdir. İnanıram ki, sülh artıq Ermənistanın iqtisadi, ictimai və sosial həyatına çox müsbət təsir göstərir. Bizim prioritetimiz sülh qovşağı olmaqdır”.

Nikol Paşinyan sülhün bərqərar olmasının Ermənistana təsirlərini belə şərh edib:

“Ermənistan indi kənardan mərkəzə doğru hərəkət edir, əlbəttə, fiziki olaraq yerini dəyişmədən. Ermənistan eyni yerdə qalır, əvvəllər də eyni yerdə idi, amma indi kənarlardan mərkəzə hərəkət edirik. Bu, yalnız Ermənistanla bağlı deyil, həm də bütün region üçün tamamilə yeni vəziyyətdir və bu, imkan yaradır ki, Ermənistan və qonşu ölkələr bir-birlərini yeni baxış bucağından qəbul etsinlər. Mən artıq demişəm ki, düşmənçilik ocağını bir anda söndürmək mümkün deyil, amma proses başlayıb, əminəm ki, regionumuzda bir-birinə qarşı təsəvvürlər yaxşıya doğru dəyişəcək.

Açığı, bu, siyasi missiyamızın bir hissəsidir. İnanıram ki, biz bu missiyanı həyata keçirmək üçün güclü iradəyə malikik, hiss etdiyim budur ki, nəticə təmin etmək qərarlılığı təkcə Ermənistanda yox, həm də Azərbaycanda da var”./Teleqraf


MANŞET XƏBƏRLƏRİ