Türkiyə Milli Müdafiə Nazirliyi İranla bağlı iddialara cavab verib.
Turkustan.az xəbər verir ki, nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri və sözçüsü, kontr-admiral Zeki Aktürk həftəlik mətbuat brifinqində çıxış edib.
Aktürk bəzi mətbuat və sosial media vasitələrində yayılan "ABŞ İrana hücum edərsə, Türkiyə təhlükəsizlik səbəbləri ilə İran ərazisinə girməyi planlaşdırır" iddiasına toxunub.
"Türkiyə olaraq bölgəmizdəki bütün münaqişələri sülh yolu ilə həll etmək və davamlı sabitliyin yaradılması səylərimiz davam edir. Digər tərəfdən, potensial risklərə qarşı dövlətimizin müvafiq qurumları ilə əlaqələndirilərək lazımi tədbirlər görülür. Bəzi mətbuat və sosial media vasitələrində "ABŞ İrana hücum edərsə, Türkiyənin təhlükəsizlik səbəbləri ilə İran ərazisinə girməyi planlaşdırdığı" iddiaları həqiqəti əks etdirmir" - o bildirib. /Musavat.com/