Epşteynlə əlaqəli uçuşlar 2019-a qədər Britaniya hava limanlarında olub


ABŞ milyarderi Ceffri Epşteynin qurduğu fahişəlik şəbəkəsində iştirak edən qadınların Epşteynin 2019-cu ildə həbs olunmasına qədər Britaniya hava limanları vasitəsilə başqa ölkələrə səyahət etdiyi ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, Britaniyanın "The Times" qəzetinin uçuş qeydlərindən əldə etdiyi məlumata görə, Epşteyn və onun yetkinlik yaşına çatmayan fahişəlik şəbəkəsində iştirak edən qadınlar 2019-cu ilə qədər Britaniya hava limanlarından istifadə ediblər.

Epşteynin şəxsi təyyarəsinin 60-dan çox Britaniya hava limanına eniş etdiyi müəyyən edilib və 2019-cu ildə pedofiliya ittihamı ilə həbs olunana qədər fahişəlik şəbəkəsindəki qadınların Britaniya hava limanlarından planlaşdırılmış uçuşlarla uçmasını təşkil etdiyinə dair məlumatlar əldə edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ