Marko Rubio ABŞ-ın Pxenyanla dialoqa açıq olduğunu bəyan edib və “İfadə olunan fikirləri dinləməyə hazırıq” deyə bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Rubionun mətbuat konfransının transkriptini yayımlayıb. Sənədə əsasən, Rubio Vaşinqtonla Pxenyan arasında dialoq qapısının açıq qaldığını vurğulayıb.
Rubio qeyd edib: “İstər Kubada, istərsə də bir gün Şimali Koreyada, istərsə də hazırda İranda kimsə olsun, biz həmişə dinləməyə açığıq. Əlbəttə, bu, danışıqlar aparmaq demək deyil, lakin ifadə olunan mövqeləri dinləməyə hazırıq.”
Aytən Yaşar/ Turkustan.az