Azərbaycanda onlayn ticarətə məhdudiyyətlər qoyulacaq?


Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlının elektron ticarətlə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onlayn ticarətə də məhdudiyyətlərin qoyulacağı ilə bağlı iddialar səsləndirilir.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində praktik olaraq xaricdən mal idxalı, onlayn sifarişlərlə bağlı hansısa bir yeni dəyişikliklər nəzərdə tutulmayıb.

Vüqar Bayramov:

O bildirib ki, yanlız qanunvericiliyə edilən dəyişikliyə əsasən, illik dövriyyəsi 10 min dollardan artıq olan, iş və xidmətlər təklif edən şirkətlərin vergi ödəyicisi olması nəzərdə tutulub: “Söhbət məhsul idxalından deyil, iş və xidmətlərin təklif edilməsindən gedir. Ona görə də praktiki olaraq hazırda bu istiqamətdə hansısa bariyerlər yoxdur. Nəzərdə tutulmayıb. Yanaşmamız ondan ibarətdir ki, daxili bazarda sahibkarlar həm artan rəqabət, həm də çağırışlara uyğun olaraq fəaliyyətlərini qurmalı və təbii ki, xərclərini azaltmağa çalışmalıdırlar. Çünki xərclərin azaldılması nəticə etibarilə onlayn ticarətlə rəqabət aparmaq baxımından vacibdir. Rəqabətin aparılmasına da imkan yarada bilər. Bu konteksdən onlayn ticarətdə hansısa süni bariyerlərin müəyyənləşdirilməsini məqsədəuyğun hesab etmirik”.


MANŞET XƏBƏRLƏRİ