Üzeyir Hacıbəylinin dünyagörüşündə milli fəlsəfi və sosial-siyasi aspektlər


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir

fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

IV yazı

Üzeyir Ha­cı­bəy­li he­sab edir­di ki, bir za­man­lar cə­ha­lət için­də ya­şa­yan Av­ro­pa xalq­la­rı son­ra­lar məhz is­te­dad­lı, da­hi in­san­la­rın sa­yə­sin­də qa­ran­lıq­da işı­ğa çıx­mış, mil­li təş­ki­lat­lar ya­rat­mış və bir za­ma­nlar qul ikən in­di ağa ol­muş, üs­tə­lik ək­sər Şərq xalq­la­rı üzə­rin­də də ağa­lıq et­mək­də­dir. Ona gö­rə Şərq xalq­la­rı, o cüm­lə­dən mü­səl­man xalq­la­rı da tə­rəq­qi və ye­ni­ləş­mə yo­lu­nu tut­ma­lı, ar­tıq is­te­dad­lı in­san­la­rı­na və on­la­rın ya­rat­dıq­la­rı cə­miy­yət­lə­rə sa­hib çıx­ma­lı­dır­lar. Bu cür is­te­dad­lı in­san­la­rın Qaf­qaz mü­səl­man­la­rı­nın oxu­muş­lar, ya da oxu­ma­mış­lar ara­sın­da da ol­du­ğu­nu de­yən Ha­cı­bəy­li­yə gö­rə əgər on­la­ra şə­ra­it ya­ra­dı­lar­sa, mil­lət və in­sa­niy­yət na­mi­nə çox iş gö­rər­lər: “Mən öz içimizdən bir çox savadsız və elmsiz adamlara təsadüf etmişəm ki, bir də görürsən özündən cürbəcür şeylər icad edir. Yaxud ən ali və filosofanə məsələlər həllinə məşğul olur. Yaxud iti və müəssir bir dil il danışmaq qabiliyyəti var. Mən bu cür adamları gördükdə, həm onların özlərinə və həm də öz millətimizə və hələ ümuminsaniyyətə də yazığım və heyfim gəlir... Hələ onlar kənarda dursun, oxumuşlarımız içində də cürbəcür elm, fənn və sənətdə bir çox müstəid və qabil adam­larımız vardır. Amma nə etməli ki, onlar üçün şərait, məişət o qədər namüsaid və o qədər müşküldür ki, asudə nəfəs almağa belə imkanları yoxdur” (10).

1910-cu il­lər­də, xü­su­si­lə də 1-ci Dün­ya mü­ha­ri­bə­si­nin ilk il­lə­rin­də Ha­cı­bəy­li əv­vəl­lər ol­du­ğun­dan da­ha çox, müa­sir ruh­lu mil­li-de­mok­ra­tik bir si­ya­si təş­ki­la­tın ya­ran­ma­sı­nın zə­ru­ri­li­yin­dən, mil­li tə­fək­kür­lü in­san­la­ra sa­hib çıx­ma­ğın va­cib­li­yin­dən bəhs et­miş­di. O, “Ye­ni İq­bal” qə­ze­tin­də yaz­dı­ğı “Nə­yi­mi­zin vax­tı­dı­r?” mə­qa­lə­sin­də də gös­tə­rir­di ki, in­di­yə qə­dər var olan ümum­mü­səl­man təş­ki­lat­la­rı­nın gö­zə gö­rü­nən və işə ya­ra­dı­lan nə­ti­cə­­lə­ri ol­ma­sa da, mə­nə­vi əhə­miy­yə­ti ol­muş­dur. Bu ba­xım­dan ye­ni is­tər ümum­ Ru­si­ya mü­səl­man­la­rı, is­tər­sə də xü­su­si Qaf­qaz mü­səl­man­la­rı təş­ki­la­tı­nın ya­ran­ma­sı zə­ru­ri­li­yi­ni vur­ğu­la­yan Üze­yir bəy ya­zır­dı ki, ar­tıq ümu­mi və tək­rar­çı söz­lər­dən işə keç­mə­yin vax­tı­dır: “...Bu mil­li eh­ti­yac­la­rı­mı­zın, və mil­li mə­sə­lə­lə­ri­mi­zin bun­dan be­lə qu­ru da­nış­maq de­yil, bəl­kə fe­lən rəf və də­fi­ni və həl­li­ni tə­min edə bi­lə­cək yol­lar xüsusun­da da­nı­şıb və ic­ti­ma­lar qur­ma­ğı­mız da­ha mü­na­sib de­­yil­­mi­­? Və bun­dan son­ra məhz bu yol­la­rın ara­nıl­ma­sı­nın vax­tı de­­yil­­mi­­? Qə­ze­tə va­si­tə­si­lə da­nış­maq ye­nə da­nı­şıl­ma­ğın­da qa­lır. İc­ti­mai qur­maq ye­nə qu­rul­ma­sın­da qa­lır. An­caq “te­ma” də­yi­şi­lir. Ye­ni qə­ze­tə və ic­ti­mai söh­bə­ti­nin zə­min və möv­zu­su da­ha mil­li eh­ti­yac­la­rı­mız və mə­sa­li­miz ol­ma­yıb, bəl­kə bu eh­ti­yac və mə­sa­li­mi­zin ke­çi­ril­mək və hü­su­lə gə­ti­ril­mək yol­la­rı söh­bə­ti­nə də­yi­şir. Bu gün o söh­bə­tin ib­ti­da­sı zən­nim­cə 1) biz 30 mil­yon­luq Ru­si­ya mü­səl­man­la­rı­nın bu bö­yük məm­lə­kət­də­ki öz hal və möv­qe­yi­miz­dən və 2) si­ya­si fir­qə­lər cər­gə­sin­də tut­muş ol­du­ğu­muz mə­qam­dan baş­lan­ma­lı­dır”(5, s.73-74).

Ha­cı­bəy­li ya­zır­dı ki, Ru­si­ya mil­lət­lə­ri ara­sın­da sa­yı­na gö­rə (30 milyon)ikin­ci ol­ma­sı­na bax­ma­ya­raq türk­lər ara­sın­da mil­li bir­lik yox­dur. Əgər bə­zi­lə­rin­də mil­li ic­ti­mai iş­lər­lə bağ­lı bir hə­vəs əla­mə­ti gör­sə­nir­sə, bu hə­vəs də tez ya­tıb ye­nə bi­ga­nə­lik zül­mə­ti için­də yox olur. Mü­səl­man­lar yal­nız şəx­si mə­na­fe­yi ilə bağ­lı ol­duq­da bu cür mil­li və ic­ti­mai iş­lə­rə ma­raq gös­tə­rir­lər. O, yazırdı: “Hərəmizin fikri başqa, hərəmizin amal və arzusu varsa başqa, tərzi-hərəkət­imiz başqa-başqa. Bu səbəbdəndir ki, ümumi cəmaət və dövlət işlərindəki əməllərimiz dəxi pərişanlıq üzündən calibi-diqqət degildir. İçimizdəki pərişanlıq bir dərəcəyə çatıbdır ki, hətta əlimizdə olan hüquq və ixtiyaratdan dəxi layiqilə istifadə etməgə həvəsimiz olmayıb, bu üzdən hətta bəzi vaxt elə də olur ki, o hüquq və ixtiyaratdan mənfəət almaz əvəzində özümüzə zərər də vururuq. Və bu da bizi heç də acındırmayır da! Çünki ruhsuz, həvəssiz, laqeyd, Avropa təbrilə “apatiçni” olmuşuq. İctimai və siyasi işlərə qarşı göstərməkdə olduğumuz bu “apatiya” və qeydsizlik bizim hər bir sinifimizdə mövcuddur. Xass, avam, oxumuş, oxumamış, ümumiyyətlə hamısı bu “apatiya” dərdinə mübtəladır. Doğrudur, bəzi vaxt olur ki, qaranlıq içində bir balaca işıq zühuru görünən kimi bizim içimizdə dəxi milli və ictimai işlərə qarşı bəzilərimzidə bir həvəs əlaməti görünür. Zühur edib tez də sönən kimi, bizim bu həvəsimiz dəxi tez yatıb yenə qeydsizlik zülməti içində yox olur” (5, s.74-75).

Onun fikrincə, 1905-ci il 1-ci Ru­si­ya in­qi­la­bı­nın ver­di­yi azad­lıq­lar sa­yə­sin­də mil­li qə­zet­lər, mil­li mək­təb­lər, maa­rif və xey­riy­yə cə­miy­yət­lə­ri tə­şək­kül tap­mış­dı ki, in­di­yə qə­dər bun­dan da­ha çox fay­da­lan­maq olar­dı. An­caq ötən on il ər­zin­də bü­tün bun­lar­dan fay­da­lan­maq əvə­zi­nə mü­səl­man zi­ya­lı­lar ara­sın­da əla­qə kə­sil­mək həd­di­nə çat­mış, bu­nun nə­ti­cə­sin­də də “Hə­yat”, “İr­şad”, “Mol­la Nəs­rəd­din” və baş­qa bu ki­mi mil­li qə­zet-jur­nal­lar bağ­lan­mış “Səa­dət”, “Nur” və baş­qa mil­li mək­təb­lə­rin, ey­ni za­man­da mə­də­ni-maa­rif cə­miy­yət­lə­ri­nin (“Ni­cat” və b.) fəa­liy­yə­ti zə­if­lə­miş­di. O, ya­zır­dı: “Əv­vəl­lər­də hə­vəs ilə işə gi­riş­miş olan baş­bi­lən zi­ya­lı və in­te­lii­gent­lə­ri­miz nə­dən­sə ya­vaş-ya­vaş ca­ma­at iş­lə­rin­dən çə­kil­mə­yə və bo­yun qa­çır­ma­ğa baş­la­dı­lar. Mil­li qə­ze­tə ilə mü­səl­man in­tel­li­gent­lə­ri ara­sın­da əv­vəl­cə bağ­lan­mış olan əla­qə, get-ge­də aza­lıb axır­da lap kə­sil­miş­dir. Bu gün mü­səl­man zi­ya­lı­la­rı ilə mü­səl­man mət­bua­tı ara­sın­da heç bir əla­qə yox­dur. Müsəlman intelligentlərinin oxuduq­ları qəzetələr rus qəzetələridir” (5, s.78).

Hacıbəyli yazırdı ki, halbuki müsəlmanca bisavad olan intelligentdə savad olmasa da, milli şövq və həvəs olsa, millət qeydinə qalmaq, millətin mütərəqqi və mütəməddin bir hala salmaq arzusu olsa, həmən bu tərəqqi və təməddün nişanəsi olan milli mətbuatda iştiraka özünü məcbur bilər, müsəlmanca bisavad olmağı da bu yolda ona əngəl olmaz: “İntelligentlərimizin sair bəhanələri də heç tənqidə də layiq olmayıb, yenə milli “apatiya” və milli ruhsuzluq üzündən əmələ gəlmiş haldır. “Hə­yat”, “İr­şad”, “Mol­la Nəs­rəd­din” kimi cəridələrimizin əlimizdən getməyinin təqsiri hamıdan artıq intelligentlərimizin boynundadır, bu halda isə əlimizdə olan qəzetələrin halı belədir ki, oxucularımız az olan kimi qəzetədə işləyənlərimiz dəxi bir o qədər azdır” (5, s.79).

Üzeyir bəyə gö­rə ötən 10 il ər­zin­də (1905-1915) Döv­lət Du­ma­sın­da Qaf­qaz mü­səl­man­­la­rı­nın si­ya­si si­ma ki­mi ta­nın­ma­ma­la­rı tə­sa­dü­fi de­yil­dir. Çün­ki Du­ma­da olan ka­det­lər, na­sio­na­list­lər, oktyab­rist­lər, so­si­al-de­mok­rat­lar mü­səl­man frak­si­ya­sı­nın han­sı si­ya­si fir­qə­yə bən­zəd­yi­ni və ya xü­su­si si­ya­si si­fə­ti­nin ol­ma­sı­nı mü­əy­yən edə bil­mə­yib­lər. O, bun­dan ni­cat yo­lu ki­mi, Qaf­qaz mü­səl­man­la­rı­nın bir mil­lət ki­mi var­lıq­la­rı­nı or­ta­ya qoy­ma­ğın vax­tı­nın çat­dı­ğı­nı ya­zır­dı: “Hal-ha­zır­da əsil bu­nun vax­tı­dır ki, biz öz-özü­mü­zə mə­həl qo­yaq, mil­lə­ti­mi­zin qəd­ri­ni bi­lək, mü­səl­man mil­lə­ti­nin içi­ni və çö­lü­nü o cü­rə dü­zəl­dək ki, bi­zə də bir mil­lət olub mil­lət­lər ara­sı­na gir­mə­yə layiq olaq. Eh­ti­ya­cı­mı­zın de­yil, tək-tük ağız­lar­dan bəl­kə ümum­mil­lət ağ­zın­dan çı­xan bir səs ol­du­ğu­na və bu sə­sə də rus ca­maa­tı, rus mət­bua­tı və Döv­lət Du­ma­sı­nın tə­rəq­qi­pər­vər və­kil­lə­ri ağ­zın­dan da səs ve­ri­lib kö­mək edil­mə­si­nə və qon­şu mil­lət­lər tə­rə­fin­dən də haq­lı gö­rül­mə­si­nə yol gös­tə­rən şə­ra­it ilə do­lan­maq xü­su­sun­da da­nış­ma­ğı­mı­zın və ça­lış­ma­ğı­mı­zın vax­tı­dır...” (5, s.85-86).

Cümhuriyyətin quruluşu və onun fəlsəfəsi. Ü.Ha­cı­bəy­li milli möv­qe­yi ilə zamanla mil­li-de­mok­rat cə­rə­ya­na da­ha çox ya­xın­laş­mış, baş­da “Mü­sa­vat” ol­maq­la mil­li təş­ki­lat­lar­la ya­xın­dan əmək­daş­lıq et­mə­yə baş­la­mış­dır. Bu baxımdan da Ha­cı­bəy­li mil­li-de­mok­ra­tik cə­rə­ya­nın ba­riz ör­nə­yi olan Azər­bay­can xal­qı­nın mil­li is­tiq­la­la qo­vuş­ma­sı ha­di­sə­si­ni tə­bii qar­şı­la­mış­dı. Azər­bay­can Cüm­hu­riy­yə­ti­nin is­tiq­la­lı­nın ilk il­dö­nü­mü ilə bağ­lı “Bir yaş” mə­qa­lə­sin­də Ha­cı­bəy­li ya­zır­dı ki, Azər­bay­can Türk döv­lə­ti­nin is­tiq­la­lı “Türk ir­qin­də sağ­lam bir mil­liy­yət his­si oyat­dı, mil­lət nə ol­du­ğu­nu mil­liy­yə­ti­ni unut­muş türk­lə­rə bil­dir­di: On­la­ra – sən əv­vəl-əv­vəl bir türk­sən de­di və “tür­kəm” de­dirt­di” (12).

Onun fik­rin­cə, Azər­bay­can Cüm­hu­riy­yə­ti türk­lü­yün ümid­ga­hı, İs­la­mın pə­na­hı və dün­ya mə­də­niy­yə­ti­nin da­şı­yı­cı­sı­dır. Çün­ki is­lam öl­kə­lə­ri ara­sın­da, ilk də­fə Azər­bay­can türk­lə­ri di­ni­mi­zin, Qu­ra­nı­mı­zın, pey­ğəm­bə­ri­mi­zin bir ol­du­ğu­nu or­ta­ya qoy­du. O, vax­ti­lə Azər­bay­can türk­lə­ri­nin müs­tə­qil hö­ku­mət qu­ra bil­mə­yə­cə­yi fik­ri­ni səs­lən­di­rən­lə­rə ca­vab ola­raq isə ya­zır­dı: “Adam­lar var ki, bi­zim is­tiq­la­lı­mı­zı is­tə­mir­di­lər, hal­bu­ki bi­zə düş­mən de­yil idi­lər və bu is­tə­mə­mək­lik­lə­ri düş­mən­çi­lik üzün­dən de­yil idi. Fə­qət on­lar qor­xur­du­lar. Qor­xur­du­lar ki, biz hö­ku­mət et­mə­yə, məm­lə­kət do­lan­dır­ma­ğa, döv­lət sax­la­ma­ğa qa­bil ol­ma­yıb da müx­tə­lif mil­lət­li tə­bəə­mi­zin can və ma­lı­nı mü­ha­fi­zə edə bil­mə­yən məm­lə­kət­də asa­yiş bər­pa edə bil­mə­yək, ni­zam və qai­də qo­ya bil­mə­yək, si­ya­sət­də ba­ca­rıq­sız­lıq gös­tə­rib xal­qın is­ti­ra­hə­ti­ni po­zaq”(12).

Üze­yir Ha­cı­bəy­li­nin fik­rin­cə, bay­ra­ğı­mı­zın mə­nə­vi mə­na­sı ola­raq al (qır­mı­zı) bo­ya türk­çü­lü­yə, ya­şıl bo­ya is­lam­lı­ğa, ma­vi bo­ya isə mə­də­niy­yə­tə işa­rə­dir (12). De­mə­li, Ü.Ha­cı­bəy­li qır­mı­zı bo­ya­nı türk­çü­lü­yə aid edə­rək ma­vi rən­gi mə­də­niy­yət mə­na­sın­da qə­bul et­miş­dir.

Ha­cı­bəy­li­də olan bu mil­li ru­hu in­kar edə bil­mə­yən so­vet mü­əl­lif­lə­ri ya­zır­dı­lar ki, 1920-ci il ap­rel iş­ğa­lı­na qə­dər Ü.Ha­cı­bəy­li mark­siz­mə yi­yə­lə­nə bil­mə­miş, “bə­zi di­gər de­mok­ra­tik zi­ya­lı­lar ki­mi, mü­sa­vat­çı­la­rın “mil­li is­tiq­la­liy­yət” pər­də­si al­tın­da apar­dıq­la­rı hiy­lə­gər mil­lət­çi­lik si­ya­sə­ti­nin hə­qi­qi mə­na­sı­nı düz­gün ba­şa düş­mə­miş­di. Mü­sa­vat­çı­la­rın ha­ki­miy­yə­ti il­lə­rin­də o, də­rin mə­nə­vi böh­ran ke­çi­rir, mil­lət­çi­lik tə­si­ri al­tın­da cid­di ide­ya-si­ya­si səhv­lə­rə yol ve­rir­di” (14, s.7). So­vet mü­əl­lif­lə­ri­nin Ü.Ha­cı­bəy­li­də “cid­di ide­ya-si­ya­si səhv­lər” ki­mi qə­lə­mə al­dı­ğı mə­sə­lə­lər, əs­lin­də onun və­tə­ni­nə, mil­lə­ti­nə, di­ni­nə, de­mok­ra­tik də­yər­lə­rə və is­tiq­lal­çı­lı­ğa bağ­lı­lı­ğı idi.

O, So­vet döv­rün­də də müm­kün ol­du­ğu qə­dər türk­çü­lü­yü, Azər­bay­can türk­çü­lü­yü­nü ya­şat­ma­ğa ça­lış­mış­dır. Mil­li ru­hun da­şı­yı­cısı ki­mi də o, “pro­le­tar mə­də­niy­yə­ti” adı al­tın­da mil­li mə­də­niy­yə­tin as­si­mil­ya­si­ya olun­ma­sı ilə qə­tiy­yən ra­zı­laş­ma­mış­dır. Ha­cı­bəy­li­nin kos­mo­po­lit­çi­lə­rə qar­şı mü­ba­ri­zə­si­ni təh­lil edən Ar­zu Ha­cı­ye­va doğ­ru qeyd edir ki, o, no­va­tor bəs­tə­kar ol­ma­sı­na bax­ma­ya­raq, hə­mi­şə xalq mu­si­qi­nin, xalq mah­nı­la­rı­nın ya­şa­dıl­ma­sı­na və in­ki­şa­fı­na mü­hüm yer ver­miş­dir. Xü­su­si­lə, 1920-ci il­lər­də Ü.Ha­cı­bəy­li bir tə­rəf­dən mu­ğa­mın, o cüm­lə­dən “ça­har­gah”ın, ta­rın iran­lı­laş­­dı­rıl­ma­sı­na, di­gər tə­rəf­dən mil­li mu­si­qi­mi­zin av­ro­pa­laş­dı­rıl­ma­sı­na qar­şı çıx­mış­dır (13, s.23).


MANŞET XƏBƏRLƏRİ