Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Cermuk şəhərinə gəlib.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistandakı Rusiya Evi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, səfir "sərhəddəki vəziyyətlə tanış olub":
"Ermənistan ordusunun polkovniki Nver Avetisyan mövcud situasiyadan danışıb, həmçinin rus sülhməramlılarla əməkdaşlıqdan bəhs edib".
 
             
         
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            