“Quql Məp” Ontario gölünün adını ABŞ Prezidenti Donald Trampın fərmanına əsasən “Amerika gölü” olaraq dəyişib.
Turkustan.az xəbər verir ki, dəyişiklik yalnız ABŞ istifadəçiləri üçün edilib.
Kanadalılar üçün gölün adı “Ontario” saxlanılıb. Dünyanın qalan ölkələrində isə göl iki adla – Amerika və Ontario adı ilə təqdim olunacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kanada ilə sərhəddə yerləşən Ontario gölünün "Amerika gölü" adlanması ilə bağlı fərman imzalayıb./axar.az