Tramp Kanadaya süni intellektlə hazırlanmış VİDEO ilə cavab verdi


ABŞ prezidenti Donald Tramp Kanadaya süni intellekt vasitəsilə hazırlanmış video ilə cavab verib. Videoda Tramp “Ontario gölü” yazılmış böyük lövhəni sökərək onun yerinə “Amerika gölü” yazılmış lövhə quraşdırır.

Turkustan.az xəbər verir ki, video Kanadanın Ontario əyalətində “Ontario gölü. İndi və həmişə” yazılmış nəhəng lövhənin quraşdırılmasından sonra yayılıb.

Bu addım Kanada hakimiyyətinin Trampın ABŞ-ın federal qurumlarına Ontario gölünü “Amerika gölü” adlandırmağı tapşıran fərmanına cavabı olub.


/Bizim.Media


MANŞET XƏBƏRLƏRİ