Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edildiyi bildirilir.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, gənc qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin o, bu evliliyə razı olmayaraq sığınacağa müraciət edib.
Kəmalə Ağazadə hadisənin necə baş verdiyini belə təsvir edib: "17 yaşlı qızın sentyabrın 20-də toyu olacaqdı. Olmayacaq".
Məlumata görə, qızın valideynləri cehiz almaq üçün "Sədərək" Ticarət Mərkəzinə gediblər. Bu zaman o, taksiyə minərək sürücüdən onu Kəmalə Ağazadənin sığınacağına aparmasını xahiş edib.
"Qız taksi sürücüsünə deyib ki, "Pulum yoxdur, Kəmalə xanımın sığınacağına apar, orada verəcəklər". O da gətirib...", - deyə paylaşımda qeyd olunub.