Dünyanın 17 lideri ora gedir – Siyahıda İlham Əliyev də var


Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək.

Turkustan.az xəbər verir ki, bu barədə məlumat yayan İran mediası Prezident Məsud Pezeşkianın da sammitdə iştirak etmək üçün Qırğızıstana səfər edəcəyini açıqlayıb.

Bildirilir ki, təşkilatın yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə 17 dövlətin lideri iştirak edəcək. Məlumata görə, sammitə Çin və Rusiya prezidentləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan da qatılacaq.

Səfər çərçivəsində liderlər arasında təmasların, danışıqların olacağı gözlənilir.

Qeyd edək ki, tədbirdə ŞƏT-ə üzv və tərəfdaş ölkələrin rəhbərlərindən başqa BMT-nin Baş katibi Antonio Quterreş, MDB və KTMT rəsmiləri də təmsil olunacaqlar./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ