Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ


BŞ prezidenti Donald Trampın Venesuela hakimiyyəti ilə əldə etdiyi razılaşmaya əsasən, Vaşinqton ölkənin neft ehtiyatlarının təxminən beşdə birini əhatə edən yataqların işlənməsinə çıxış əldə edəcək.

Turkustan.az xəbər verir ki, “The Wall Street Journal”ın ekspertlərə istinadən yaydığı məlumata görə, razılaşma ABŞ-a özəl “North American Blue Energy Partners” şirkətində 35 faizlik pay verilməsini nəzərdə tutur.

Şirkətə ümumi ehtiyatları təxminən 65 milyard barel olan 17 Venesuela neft yatağının işlənməsi hüququnun verilməsi planlaşdırılır. Bu həcm ölkənin ümumi neft ehtiyatlarının təxminən beşdə birinə bərabərdir.

Razılaşmanın şərtlərinə əsasən, Pentaqon layihənin maliyyələşdirilməsinə kömək edəcək və hasilatdan gəlir əldə edəcək. ABŞ həmçinin hasil edilən neftin 20 faizini maya dəyəri ilə almaq üçün üstün hüquqa malik olacaq.

Bununla belə, “Rystad Energy” analitiki Şrayner Parker bildirib ki, bu ehtiyatların nə qədər sürətlə real hasilata çevrilə biləcəyi ilə bağlı hələ çoxlu qeyri-müəyyənlik var.

“Əgər bu razılaşma Venesuelanın gələcək hökumətlərinin dəyişikliklərindən sağ çıxarsa, Tramp ABŞ-ı şist inqilabından kənarda yerləşən strateji neft ehtiyatları ilə təmin etmiş olacaq”, – Parker deyib.

Qeyd edək ki, ABŞ hökumətinin “North American Blue Energy Partners”də 35 faizlik pay əldə etməsi barədə məlumat “The Wall Street Journal”a istinadən yayılıb. Bununla yanaşı, Pentaqonun nümayəndəsi ABŞ-ın şirkətlərdə pay əldə etmədiyini və qurumun yalnız kredit və ya texniki dəstək formasında kapital yardımı göstərmək səlahiyyətinə malik olduğunu bildirib.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ