Oksana Rəsulova qorxunc görüntü yaydı: DİN hərəkətə keçdi – VİDEO


Aktrisa Oksana Rəsulova polisə müraciət edib.

Turkustan.az xəbər verir ki, sənətçi sosial şəbəkələrdə psixoloq Ceyran Muradovanın azyaşlı uşağa zorakılıq göstərdiyi iddia olunan görüntüləri paylaşaraq məsələnin araşdırılmasını istəyib.

“Bir vətəndaş kimi sizdən xahiş edirəm, bu məsələni araşdırıb düzgün nəticə əldə edəsiniz” – Oksana yazıb.

Daxili İşlər Nazirliyinin (DİN) regional qrupundan Oxu.az-a bildirilib ki, bununla bağlı Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) müraciət daxil olub və müvafiq araşdırmalar aparılır.

“Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür”, – deyə DİN-dən bildirilib.

Qeyd edək ki, videoda adıçəkilən psixoloq Ceyran Muradova ilə əlaqə yaratmaq cəhdlərimiz nəticə verməyib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ