MKİ direktorunun gizli səfərinin səbəbi bilindi – KİV


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin bu həftə Moskvaya etdiyi gizli səfərin əsas detalları açıqlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, Retkliff Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli sammit keçirilməsini təklif edib. Bu təşəbbüs Retkliffin Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik prosesdə birbaşa iştirak etdiyi ilk hal kimi qiymətləndirilir.

Tramp administrasiyasının bu formatda görüş ideyasını daha əvvəl də müzakirəyə çıxardığı bildirilir. Zelenski təklifə müsbət yanaşsa da, Putin buna razılıq verməyib.

Retkliff Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla görüşüb.

“The New York Times”ın yazdığına görə, MKİ direktoru Bortnikovla söhbət zamanı müharibənin hazırkı gedişatına dair “bədbin qiymətləndirmə” səsləndirib və Moskvanı vəziyyət daha da ağırlaşmadan razılaşma əldə etməyə çağırıb.

MKİ Retkliffin səfəri və danışıqların məzmunu ilə bağlı açıqlama verməyib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ