Kreml MKİ rəhbərinin Moskva səfəri ilə bağlı iddiaları ŞƏRH ETDİ


Kreml ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri ətrafında yayılan sui-qəsd nəzəriyyələrini “məşhur əyləncə” adlandırıb.

Turkustan.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, xüsusi xidmət orqanları arasında kifayət qədər rutin xarakter daşıyan əlaqələr ətrafında müxtəlif sui-qəsd nəzəriyyələri, fərziyyələr və miflər yaratmaq məşhur əyləncədir.

Peskov bildirib ki, xüsusi xidmət orqanları arasında təmaslar həqiqətən də müntəzəm və məzmunlu xarakter daşıyır. O, həmçinin Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşünün MKİ rəhbərinin Moskvaya səfəri ilə əlaqəli olması barədə yayılan xəbərləri təkzib edib:

“Rusiya-Belarus münasibətləri tamamilə müstəqil bir istiqamətdir və heç bir şəkildə amerikalılarla təmaslardan asılı deyil”./modern.az


MANŞET XƏBƏRLƏRİ