Almaniyada müharibə anonsu verildi


“Almaniya 5 il ərzində Rusiya ilə qarşıdurmaya hazırlaşmalıdır”.

Turkustan.az xəbər verir ki, bunu Bundesverin Hamburqdakı regional komandanlığının komandiri Mikael Qiss “Welt” nəşrinə müsahibəsində bildirib.

O, Rusiya ilə mümkün münaqişə ilə bağlı sualı cavablandırıb:

Mənim bir əsgər kimi daxili saatım tıqqıldayır və mənə deyir ki, beş ildən sonra biz xarici hərbi təhlükəyə tab gətirə biləcək qədər sosial cəhətdən sabit olmalıyıq”.

Qiss əlavə edib ki, bütün Almaniya müharibəyə hazır olmalıdır:

Çünki bu, siyasət, ölkə, biznes və geniş mənada cəmiyyət üçün vacib ümumi vəzifədir”.

Moskva dəfələrlə vurğulayıb ki, o, Şimali Atlantika Alyansı ölkələrinin heç birinə təhlükə yaratmır, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də məhəl qoymayacaq. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ