Ukrayna 35 km dərinliyə girdi, Azərbaycan Ordusu isə… – İlginc


“Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ordusunun Rusiya ərazisinin 35 km dərinliyinə qədər getdiyini açıqlayıb”.

Turkustan.az xəbər verir ki, bunu erməni ekspert Nairi Hoxikyan yazıb.

O, KTMT-nin Rusiya ərazisini qorumaq üçün əməliyyatlara qoşulacağı ilə bağlı gözləntilərə skeptik yanaşıb:

“Maraqlıdır, KTMT Rusiyaya öz suveren ərazisini qorumaq üçün hər hansı şəkildə kömək edəcəkmi?! Düşünürəm ki, Ermənistanda olduğu kimi, indi də KTMT-yə üzv dövlətlər lal-kar qalacaqlar. Onlar KTMT-nin ölü doğulmuş struktur olduğunu sübuta yetirərək öz müttəfiqinə kömək etməyəcəklər”.

Qeyd edək ki, N.Hoxikyan “Ermənistanda olduğu kimi” deyərək Azərbaycan Ordusunun Ermənistan ərazisinə girməsi haqda absurd iddianı xatırlatmağa çalışıb. Sərhəd toqquşmaları zamanı erməni ictimai-siyasi xadimləri məhz bu iddia ilə KTMT-ni prosesə cəlb etməyə çalışsalar da, bu baş tutmamışdı. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ