Peskov Rəisinin ölüm xəbərindən DANIŞDI: "Putin dərhal..."


Kremlin sözçüsü Dmitri Peskov İran Prezidenti İbrahim Rəisinin ölüm xəbərindən danışıb.

Turkustan.az bildirir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb. Peskov qeyd edib ki, helikopterin qəza xəbəri məlum olanda Rusiya lideri Vladimir Putin sürətlə idarə rəhbərlərini başına toplayıb və qısa müddətdə 60 nəfərlik xilasetmə qrupu təşkil edilib.

“Axşam saatlarında Tehrandan həyəcanlı məlumat daxil olanda Putin İranın Moskvadakı səfirini və müdafiə naziri, Fövqəladə Hallar Nazirliyinin rəhbəri və prezidentin müşaviri İqor Levitini dəvət edib. Müzakirələr olub, prezident idarə rəislərinə operativ tapşırıqlar verib və ən qısa müddətdə 60 nəfərlik qrupa hazırlıq görülüb”, - Kremlin sözçüsü bildirib.

O qeyd edib ki, Rəisinin axtarışı üçün alpinistlər, iki təyyarə və bir helikopter hazırlanıb:

“Bundan əlavə, Müdafiə Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi arasında sıx qarşılıqlı fəaliyyət təşkil edilib”. /sfera.az/


MANŞET XƏBƏRLƏRİ