Bir neçə aydır Avropa Rusiya ilə açıq şəkildə əlaqəli olan daha genişmiqyaslı təxribat aktlarına məruz qalır. İndi Rusiya lideri Vladimir Putinin təzyiqi artırmaq üçün hər cür “əsası” var.
Turkustan.az xəbər verir ki, bu barədə “Foreign Policy” məlumat yayıb.
Nəşr qeyd edir ki, təkcə avqustun birinci yarısında Avropada bir sıra təxribat aktları baş verib.
Xüsusilə, Leypsiqdəki aerodromda pilotsuz təyyarənin görünməsi, alman pilotsuz təyyarə istehsalçısına qarşı sui-qəsd cəhdini və Roma yaxınlığında və Bolqarıstanda sursat fabriklərində partlayışlar misal göstərilir.
Bildirilib ki, bu hadisələr fonunda Rusiya cəsarəti artır, təhdidləri güclənir, Avropa isə tərəddüd etməyə davam edir.
Jurnalistlərin fikrincə, Putin və müttəfiqlərinin təzyiqi artırmaq üçün hər cür səbəbi var. Rusiya uzun müddətdir ki, Ukraynanı döyüş meydanında məğlub edə bilmədiyindən və Trampı danışıqlarda Ukraynaya təzyiq göstərməyə sövq etmək cəhdləri uğursuz olduğundan "B planı"nı işə salır.
Bu plan müxtəlif vasitələrlə - qorxutma və Rusiyapərəst partiyalara investisiyalardan tutmuş, təxribatlara, Ukraynaya Avropa dəstəyini sarsıtmağı əhatə edir.
"Putin üçün Avropaya hücum məhdud eskalasiya “menyusunda” ən açıq seçimdir. Rusiya artıq nüvə silahlarından başqa əlindəki hər şeyi Ukraynaya atır. Kremlin o qədər də irəli getməyəcəyinə inanmaq üçün kifayət qədər əsas var. Digər tərəfdən, Avropa həssas, parçalanmış və passivliyə meyllidir ki, bu da Kremlə xeyli təsir gücü verir". /axar.az/