Türkiyə Xarici işlər naziri Hakan Fidan Misirə səfəri çərçivəsində diplomatik təmaslarını davam etdirib.
Turkustan.az xəbər verir ki, Fidan Misir Baş Kəşfiyyat Xidmətinin rəisi general-mayor Həsən Rəşadla görüşüb. Daha sonra Əl-Ələmeində Misirin Xarici İşlər, İmmiqrasiya və Xaricdəki Misirlilər naziri Bədr Əbdüləti ilə bir araya gəlib.
Əbdüləti ilə birgə mətbuat konfransında çıxış edən Fidan Türkiyə-Misir münasibətlərinə toxunaraq, “Türkiyə və Misir arasındakı münasibətlər müvafiq prezidentlərimizin rəhbərliyi altında əla səviyyədədir”, – deyə bildirib.
Məkkə Birgə Müdafiə Sazişinin əhəmiyyətindən danışan Fidan sazişi “tarixi bir an” kimi qiymətləndirib.
“Əgər region ölkələri olaraq öz məsələlərimizlə bağlı məsuliyyəti öz üzərimizə götürməsək, başqalarından problemlərimizi bizim adımızdan həll etmələrini gözləmək ən azı sadəlövhlük və axmaqlıq olardı”, – deyə Fidan bildirib.
Nazir vurğulayıb ki, Məkkə Birgə Müdafiə Sazişi heç bir ölkəyə qarşı yönəlməyib: “Biz sadəcə bir-birimizin təhlükəsizliyinə, suverenliyinə və rifahına bağlılığımızı vurğulamaq və regional məsuliyyətlərimizi artırmaq istəyirik".
Aytən Yaşar/ Turkustan.az