ABŞ ordusu İranla müharibə zamanı ən azı 45 MQ-9 Reaper PUA-sını, yəni bu tip dronlardan ibarət donanmasının təxminən 25 faizini itirib.
Turkustan.az xəbər verir ki, bu barədə üç ABŞ rəsmisi məlumat verib.
Bildirilir ki, bir MQ-9 Reaper dronunun qiyməti sensor və silah sistemlərinin növündən asılı olaraq 30-50 milyon dollar arasında dəyişir. Bu itkilərin ümumi dəyərinin 1,3 milyard dollardan çox olduğu hesablanır.
MQ-9 Reaper PUA-ları kəşfiyyat və dəqiq zərbələr üçün istifadə olunur. Dronların Hörmüz boğazı ətrafında geniş tətbiq edildiyi, onların nisbətən aşağı hündürlükdə və yavaş uçması səbəbindən İran qüvvələri və regiondakı müttəfiqləri üçün daha asan hədəfə çevrildiyi bildirilir.
ABŞ rəsmilərindən biri qeyd edib ki, itirilən dronların hamısı vurulmayıb; onların bir qismi operatorlarla əlaqənin kəsilməsindən sonra qəzaya uğrayıb.
Aytən Yaşar/ Turkustan.az