Vens xahiş etdi, Ukrayna hücumu dayandırdı


Ukrayna ABŞ vitse-prezidenti Ceyms Devid Vensin xahişi ilə Novorossiysk limanından istifadə edən neft tankerlərinə PUA hücumlarını dayandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Vens və Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 31-də telefon danışığı aparıblar:

“Onlar Kiyevin Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna və ya Rusiyaya məxsus olmayan gəmilərə zərbə endirməyəcəyi barədə razılığa gəliblər, bir şərtlə ki, bu gəmilər Ukrayna sanksiyalarına məruz qalmasın və Rusiya nefti və ya yüklərini daşımasın.

Kiyev “Patriot” raketlərinin istehsalı üçün lisenziya almaq və onlardan bir neçə yüz almaq ümidi ilə ABŞ-ın tələbini qəbul edib. Zelenski iyulun 31-də Venslə söhbətində “Patriot” və hava hücumundan müdafiəni əsas prioritet adlandırıb”.

Qeyd olunub ki, o vaxtdan bəri Ukrayna Novorossiysk yaxınlığında heç bir gəmiyə hücum etməyib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ