Şərurlu İsfəndiyar rektor olacaq? - Özü aydınlıq gətirdi


“Haqqında danışdığım məktəb hazırda tikilməkdədir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov deyib.

Qeyd edək ki, Şərurlu İsfəndiyar yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, məktəblər tikdirdiyini, tək bir məktəbin 10 min kvadrat olduğunu deyib:

“Allahın izni ilə, qurtaranda sizi dəvət edəcəyəm. Bəlkə də Azərbaycanda elə bir məktəb yoxdur. Məktəblərdən biri “Vosmoy”da, "Həzi Aslanov" metrosunun yaxınlığındadır, biri "Kubinka"da, biri də Hövsandadır. Mən həm də həmin məktəbin rəsmi şəkildə rektoruyam, əmrim var. Həmin sənədi sizə göstərə bilərəm".

Aparıcının "Təhsil almadan rektor" sualına isə onun cavabı diqqətçəkən olub:

"Rektorun təhsilə nə dəxli var ki? Bu, sadəcə bir vəzifədir".

Onun bu fikirlərini təhsil mütəxəssisləri və eləcə də ölkə ictimaiyyəti birmənalı qarşılamayıb. Azərbaycan qanunvericiliyini əsas gətirən mütəxəssislər məxsusi vurğulayıblar ki, qanunvericiliyə əsasən Azərbaycanda rektor vəzifəsini tutmaq üçün ali təhsil vacibdir.

Məsələylə bağlı Şərurlu İsfəndiyar saytımıza deyib ki, o məktəbi tikib, başqa bir şəxsə həvalə edəcək:

“Mən sadəcə təsisçi kimi qalacağam, ora da bir müdir təyin edəcəyəm, idarə edəcək”.


MANŞET XƏBƏRLƏRİ