Yəmənin Bab əl-Məndəb boğazında İran tərəfindən dəstəklənən Husilərin ticarət gəmisinə raket hücumu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Turkustan.az xəbər verir ki, Yəmən Sahil Mühafizəsinin məlumatına görə, “Tihame” adlı ticarət gəmisi Husilərin raketləri ilə dəfələrlə hədəfə alınıb. Hücum nəticəsində gəmidə güclü yanğın baş verib və ciddi ziyan dəyib.
Ərzaq daşıyan gəmidəki yanğın nəticəsində 3 Pakistan və 1 İndoneziya vətəndaşı olan dənizçi, həmçinin Yəmən Silahlı Qüvvələrinin 2-ci Dəniz Briqadasının 2 hərbçisi həlak olub. Daha 10 nəfər yaralanıb.
Yaralananlardan 7-nin gəmi heyətinin üzvü, 2-nin Sahil Mühafizəsi əməkdaşı, 1-nin isə 2-ci Dəniz Briqadasının hərbçisi olduğu bildirilib.
Sahil Mühafizəsi qüvvələri silahlı qüvvələrin xilasetmə qrupları ilə birgə əməliyyat keçirərək ölən və yaralananları təxliyə edib. Gəmidə olan 11 Pakistan və İndoneziya vətəndaşı olan dənizçi də xilas edilib.
Aytən Yaşar/ Turkustan.az