Türkiyə Kolumbiyanın Qolan Təpələri ilə bağlı qərarını pislədi


Türkiyə Xarici İşlər Nazirliyi Kolumbiyanın İsrailin işğal etdiyi Qolan Təpələri üzərində “İsrailin suverenliyini tanımaq” qərarını qətiyyətlə pisləyib.

Turkustan.az xəbər verir ki, nazirliyin yaydığı yazılı açıqlamada bildirilib ki, Suriyanın ayrılmaz hissəsi olan Qolan Təpələrinin İsrail tərəfindən işğalını qanuniləşdirməyə yönəlmiş Kolumbiyanın bu mövqeyi beynəlxalq hüquqa, xüsusilə BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsinə ziddir.

Türkiyə XİN belə addımların heç bir hüquqi qüvvəsinin olmadığını vurğulayıb və beynəlxalq ictimaiyyəti İsrailin Qolan Təpələri də daxil olmaqla, Suriyanın cənubundakı işğalına və ölkənin suverenliyinə qarşı fəaliyyətlərinə son qoyulması üçün öhdəliklərini yerinə yetirməyə çağırıb.

Açıqlamada Türkiyənin Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasına, həmçinin ölkədə davamlı sülh və sabitliyin təmin olunmasına dəstəyini davam etdirəcəyi qeyd edilib.

Kolumbiya hökuməti avqustun 10-da Suriyanın işğal olunmuş ərazisi olan Qolan Təpələri üzərində “İsrailin suverenliyini” tanıdığını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ