Rusiyada dörd ildən çox müddətdə həbsdə saxlanılan keçmiş ABŞ dəniz piyadası Robert Gilman azadlığa buraxılıb.
Turkustan.az xəbər verir ki, xaricdə saxlanılan amerikalıların azad edilməsi istiqamətində fəaliyyət göstərən Global Reach qrupunun baş strateqi Erik Lebson bildirib ki, 32 yaşlı Gilman artıq Rusiyadan çıxarılıb və ABŞ-a qayıdıb.
Onun sözlərinə görə, Gilman müalicə üçün Texasdakı hərbi xəstəxanaya aparılacaq. Keçmiş dəniz piyadasının səhhətinin həbsdə olduğu müddətdə ciddi şəkildə pisləşdiyi bildirilir.
ABŞ rəsmilərinin məlumatına görə, Gilmanın azad edilməsi humanitar əsaslarla baş tutub və prosesdə məhbus mübadiləsi olmayıb.
Aytən Yaşar/ Turkustan.az