ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Biden İsrailin Baş naziri Binyamin Netanyahunu “şərin təcəssümü” adlandırıb.
Turkustan.az xəbər verir ki, Hunter Biden tanınmış amerikalı mühafizəkar siyasi şərhçi və podkast aparıcısı Taker Karlsonun verilişinə müsahibəsində Netanyahu haqqında sərt fikirlər səsləndirib.
O, Netanyahunu “şərin təcəssümü” adlandırmasının antisemitizm kimi qiymətləndirilib-qiymətləndirilməməsi ilə bağlı suala belə cavab verib:
“Əgər Netanyahunun şərin təcəssümü olduğunu demək antisemitizmdirsə, insanlara nə deyə biləcəyimi bilmirəm. Sadəcə gözlərinizi və ürəyinizi açmalısınız".
Aytən Yaşar/ Turkustan.az