Avropada yeni isti dalğasının müşahidə olunacağı və qitənin müxtəlif bölgələrində temperaturun yenidən 40 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır.
Turkustan.az xəbər verir ki, Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzinin (ECMWF) və Avropa ölkələrinin meteorologiya qurumlarının məlumatlarına görə, bu həftə qitənin böyük hissəsində, xüsusilə Fransa, Almaniya, Niderland və Birləşmiş Krallıqda temperaturun əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir.
İngiltərə və Fransada ilin beşinci isti dalğası hesab edilən həddindən artıq istilərin Qərbi Avropaya xüsusilə güclü təsir göstərəcəyi bildirilir.
Yeni isti dalğası ilə əlaqədar bəzi bölgələrdə gündüz temperaturunun mövsümi orta göstəricilərdən xeyli yüksək olacağı, ayrı-ayrı ərazilərdə isə 40 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır.
Aytən Yaşar/ Turkustan.az