Türkiyə Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verdi


Türkiyə Xarici İşlər Nazirliyi Kolumbiyada baş verən güclü zəlzələ ilə bağlı başsağlığı verib.

Turkustan.az xəbər verir ki, Nazirliyin yaydığı yazılı açıqlamada Türkiyənin Boqotadakı səfirliyinin ölkədəki Türkiyə vətəndaşları ilə əlaqə saxladığı və onların vəziyyətini yaxından izlədiyi bildirilib.

Açıqlamada deyilir:

“Bu gün Kolumbiyada baş verən zəlzələ nəticəsində insan itkisi və maddi ziyana görə dərin kədər hissi keçiririk. Zəlzələdə həyatını itirənlərin ailələrinə və Kolumbiya xalqına başsağlığı verir, yaralılara isə tezliklə sağalmalarını arzulayırıq.”

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 7,4 bal gücündə zəlzələnin episentri Kolumbiyanın qərbində yerləşən San Xose del Palmar şəhərindən təxminən 5 kilometr şərqdə olub. Zəlzələnin ocağı 107 kilometr dərinlikdə yerləşib.

Kolumbiya Prezidenti Abelardo de la Espriella zəlzələ nəticəsində 111 nəfərin həlak olduğunu və yüzlərlə binanın zədələndiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ