Bəşər Əsədə edam cəzası: Suriya məhkəməsindən tarixi qərar


Suriya məhkəməsi devrilmiş prezident Bəşər Əsəd, onun qardaşı Mahir Əsəd və əmisi oğlu Atif Nəcibə edam cəzası verib.

Turkustan.az xəbər verir ki, məhkəmə hökmü insanlığa qarşı cinayətlər və müharibə cinayətləri ilə bağlı ittihamlar əsasında çıxarıb.

Bəşər və Mahir Əsəd Rusiyaya qaçdıqları üçün hökm onların iştirakı olmadan çıxarılıb. Atif Nəcib isə məhkəmədə iştirak edib. O, 2011-ci ildə Dəraa vilayətində etirazların zorakılıqla yatırılmasında əsas fiqurlardan biri olmaqda ittiham olunurdu.

Məhkəmə prosesində Dəraa Siyasi Təhlükəsizlik Şöbəsinin keçmiş rəhbəri olan Nəcib dəmir qəfəsin içində saxlanılıb. Hakim hökmü oxuyarkən o, məhbus geyimində qəfəsdə dayanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ