Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan Ankarada keçirilən NATO Zirvə Toplantısını sərt tənqid edib.
Turkustan.az xəbər verir ki, Türkiyənin sammitdən müdafiə və diplomatiya sahəsində konkret nəticə əldə etmədiyini iddia edib.
Ərbakan bildirib ki, zirvə toplantısı əsas gündəm mövzularından çox "hərbi orkestr, menyu və dedi-qodular" kimi məsələlərlə müzakirə olunub.
O, çıxışında "Türkiyə bu NATO Zirvə Toplantısında ev sahibi kimi masada oturdu, amma ofisiant kimi getdi" ifadəsini işlədərək hökumətin sammitdəki fəaliyyətini tənqid edib.
Aytən Yaşar/ Turkustan.az