ABŞ Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması səbəbindən bu ölkədə olan vətəndaşları üçün yeni səyahət məhdudiyyətləri tətbiq edib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Konqo Demokratik Respublikasındakı səfirliyinin yaydığı məlumata görə, KDR-dən ABŞ-a qayıtmaq istəyən vətəndaşlar ölkəyə daxil olmamışdan əvvəl ən azı 21 gün üçüncü ölkədə gözləməlidirlər. Bu tələbi yerinə yetirməyən şəxslər ABŞ-a uçuşlara buraxılmayacaq.
Səfirlik bildirib ki, qərar Ebola virusunun ölkənin müxtəlif bölgələrində yayılmasının davam etməsi ilə əlaqədar qəbul edilib.
Rəsmi məlumatlara əsasən, mayın 15-də elan edilən Ebola epidemiyası zamanı Konqo Demokratik Respublikasında indiyədək 2 011 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb, 754 nəfər isə həyatını itirib.
Aytən Yaşar/ Turkustan.az