Rubio: Beynəlxalq Cinayət Məhkəməsi bağlanmalıdır


ABŞ Dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsini (BCM) kəskin tənqid edərək, qurumun ABŞ-ın məhkəmə suverenliyinə müdaxilə etdiyini və fəaliyyətinə son verilməli olduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, Rubio bu fikirlərini ABŞ-da nəşr olunan "Wall Street Journal" qəzetində dərc olunan məqaləsində səsləndirib. O, BCM-ni ABŞ-ın məhkəmə suverenliyinə təzyiq vasitəsi adlandırıb və məhkəmənin ləğv edilməsinin zəruri olduğunu bildirib.

Dövlət katibi paylaşdığı videomüraciətdə də eyni mövqeni təkrarlayaraq deyib: "Əgər səssiz qalsaq, əsgərlərimiz minlərlə kilometr uzaqlıqdakı xarici hakimlərin mərhəmətinə düşəcək və öz ölkələrini müdafiə etmək 'cinayətinə' görə daim mühakimə olunmaq, hətta həbs olunmaq riski ilə üzləşəcəklər".

CNN International-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin BCM ilə bağlı planı digər ölkələri də məhkəmənin yurisdiksiyasını qəbul etməməyə təşviq etməyi nəzərdə tutur.

Rubionun açıqlamaları beynəlxalq hüquq və siyasi dairələrdə müxtəlif reaksiyalara səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ