Pekin Hörmüz boğazında təhlükəsiz keçidin bərpasını tələb etdi


Çin Yaxın Şərqdə artan gərginliklə bağlı "dərin narahatlığını" ifadə edərək, regionda sabitliyin bərpası və vəziyyətin yumşaldılması üçün səylərini davam etdirəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian gündəlik mətbuat konfransında Körfəz bölgəsindəki son hadisələrə münasibət bildirib.

Lin qeyd edib ki, Çin tərəfləri bölgədə və onun hüdudlarından kənarda sülh və sabitliyin təmin olunması üçün beynəlxalq ictimaiyyətin çağırışlarına qulaq asmağa çağırır.

O, tərəfləri "sakit olmağa, əldə olunmuş atəşkəsi qorumağa, müharibəyə qayıtmaqdan çəkinməyə və təmkinli davranmağa" dəvət edib.

Çin rəsmisi bildirib ki, Hörmüz boğazına bitişik ölkələrin qanuni hüquq və maraqlarına hörmət edilməli, beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğun olaraq boğazdan təhlükəsiz və normal keçid bərpa olunmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ