Rusiya Kiyevə növbəti dəfə hücum etdi: Yaralılar var


Rusiyanın iyulun 11-nə keçən gecə Kiyevə endirdiyi hava hücumu nəticəsində bir uşaq da daxil olmaqla 10 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti açıqlama yayıb.

Məlumatda bildirilir ki, bu, son bir həftədə Rusiyanın Kiyevə üçüncü hücumudur. Zərbələr nəticəsində şəhərin Solomyanski, Darnitski və Dnepr rayonlarında partlayışlar və yanğınlar qeydə alınıb.

Solomyanski rayonunda üçmərtəbəli ofis və anbar binasına zərbə endirilməsi nəticəsində baş verən yanğın artıq söndürülüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ