Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər


Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun 2026-cı il Zirvə Görüşündən sonra "The National" qəzetinə müsahibəsində İsrail, İran və regional təhlükəsizlik məsələləri ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Fidan bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətinin siyasəti təkcə Türkiyə üçün deyil, İsrailin özü, region və beynəlxalq təhlükəsizlik üçün də ciddi yük və təhdid yaradır.

Bosfor boğazından keçidlə bağlı yaranan vəziyyətə toxunan nazir qeyd edib ki, tərəflər arasında ünsiyyət çatışmazlığı və anlaşılmazlıq mövcuddur.

Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə telefon danışığının problemin mahiyyətini daha dərindən anlamağa kömək etdiyini bildirib.

Nazir vurğulayıb ki, bölgədə gərginliyin azaldılması əsas prioritetdir və hər iki tərəfin atəşkəs və sülh razılaşmasına nail olmaq istədiyi görünür.

Bununla yanaşı, Fidan xəbərdarlıq edib ki, ünsiyyət səhvləri, təxribatlar və qarşılıqlı cavab addımları səbəbindən vəziyyətin yenidən gərginləşməsi ehtimalı qalır və bu baxımdan maksimum ehtiyatlı davranmaq vacibdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ